Siyasət

Vardanyan hakimlərdən narazıdır: “Obyektiv deyillər”

11 Fevral, 2025
122

açıq mənbədən götürülüb

Bakıda həbsdə olan Qarabağdakı separatçıların keçmiş "dövlət naziri"  Ruben Vardanyan işinə baxan hakimlərdən narazıdır. 

Onun fikrincə, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev, eləcə də Anar Rzayev və Camal Ramazanovdan ibarət hakimlər kollegiyası məhkəmə prosesini obyektiv və ədalətli aparmırlar (Azadlıq Radiosu).

R.Vardanyan məhkəmə tərkibinə yazılı şəkildə etdiyi etirazında göstərib ki, məhkəmə prosesi başlayandan bir sıra vacib vəsatət heç bir tutarlı səbəb göstərilmədən təmin edilməyib. 

O, həmin hakimlərin sonda obyektiv və ədalətli hökm verəcəyinə şübhə etdiyini vurğulayıb.

Hakimlərə etirazı onun vəkili Avraam Berman da müdafiə edib. Ancaq ittiham və zərərçəkmiş tərəfi təmsil edən şəxslər hakimlərə etirazla razılaşmayıblar.

Baş prokurorun köməkçisi Vüsal Əliyev deyib ki, bu məhkəmə tərkibinə etiraz etmək üçün əsas yoxdur, ona görə Vardanyanın etirazı baxılmamış saxlanmalıdır.

Azərbaycan dövləti adından zərərçəkmişin nümayəndəsi qismində prosesdə təmsil olunan Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov da eyni fikri səsləndirib.

Hakimlər R.Vardanyanın etirazının baxılmamış saxlanmasına qərar veriblər.

R.Vardanyanla yanaşı, hazırda Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikası"nın prezidenti olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət daha 15 nəfərin də məhkəməsi gedir. Onların da işinə eyni hakimlər kollegiyası baxır. Fərq yalnız ondadır ki, R.Vardanyan tək, onlarsa birlikdə mühakimə olunurlar.

Bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin sayı yarım milyon nəfərdən çoxdur. Onlar Qarabağ müharibəsində həyatını itirənlərin hüquqi varisləri, xəsarət alanlar, məcburi köçkün olanlar və başqa şəxslərdir. Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov da Azərbaycan dövləti adından zərərçəkmiş qismində məhkəməyə qatılıb.

Harutyunyan və onunla mühakimə olunan daha 14 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tramp İrana iki həftə vaxt verib 

20 İyun 2025

Foto: AP

ABŞ Prezidenti Donald Tramp İranla nüvə proqramı üzrə danışıqları davam etdirmək üçün iki həftə vaxt verib.  Bunu iyunun 19-da Ağ Evin sözçüsü Karolayn Levit jurnalistlərə deyib.  “İranla yaxın gələcəkdə danışıqların baş tutma ehtimalı əhəmiyyətli dərəcədə yüksək olduğuna görə, [birbaşa münaqişəyə] gedib-getməmək qərarımı növbəti iki həftə ərzində verəcəyəm”, - deyə Levit Trampın bəyanatını oxuyub.  Bir neçə gün əvvəl “CNN” telekanalı ABŞ hökumətindəki adını açıqlamadığı rəsmilərə istinadən bildirib ki, Tramp İrana zərbələr endirməyə çox yaxındır.  Tramp özü isə bu suala konkret cavab verməyib. O deyib ki, bunu “edə də bilərəm, etməyə də”.  Hərbi ekspertlər bildirir ki, İranın nüvə zənginləşdirdiyi yeraltı müəssisələri dağıtmaq...
Siyasət

Milli Məclis süni adalarda kazinoya icazə verməyə hazırlaşır

18 İyun 2025

Foto: açıq mənbə

Milli Məclis Azərbaycanda kazino oyunlarının təşkili və keçirilməsinə icazə verməyə hazırlaşır.  Bunu “Teleqraf” saytına açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.  O bildirib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə Azərbaycan Respublikasının Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik layihəsi daxil edilib. Bu dəyişikliklərdə yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur. “Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər”, - “Teleqraf” deputata istinadən yazıb. ...

Seçilmiş Videolar

Toplum TV loqo