Foto: Jens Krick
Almaniya kansleri Fridrix Merts "ARD"-yə verdiyi müsahibədə bildirib ki, bu yaxınlarda Almaniya, Norveç və Danimarka üzərində müşahidə olunan dron uçuşlarının əksəriyyətinin arxasında Rusiya dayana bilər.
"İctimaiyyəti arxayın edə bilərəm ki, indiyədək dronlardan istifadə ilə bağlı heç bir insident və ya qəza baş verməyib. Yalnız casusluq və ictimaiyyəti təşvişə salmaq cəhdləri olub", - o deyib.
Merts qeyd edib ki, Almaniyada dronlardan müdafiə üçün məsuliyyət polisə məxsusdur, lakin polis bu funksiyanı yerinə yetirmək üçün kifayət qədər təchiz olunmayıb.
"Buna görə də hökumət Federal Polis Qanununa dəyişikliklər etməyə hazırlaşır. Bundan əlavə, Hava Məkanı Təhlükəsizliyi Qanununa da düzəliş ediləcək ki, ordunun dronlara qarşı mübarizə səlahiyyətləri daha aydın şəkildə müəyyənləşdirilsin", - o əlavə edib.
Sentyabrın 22-si axşamı Kopenhagendəki Kastrup Hava Limanı və Oslodakı Qardermoen Hava Limanı naməlum dronlara görə bir neçə saatlıq uçuşları dayandırmağa məcbur olublar. Bir neçə gün sonra dronlar Danimarkanın digər şəhəri Olborq Hava Limanının da fəaliyyətini dayandırmasına səbəb olub.
Danimarka hakimiyyət orqanları dronların Rusiya ilə əlaqəli ola biləcəyini istisna etməyiblər.
Oktyabrın 2-dən 3-nə keçən gecə Münhen Hava Limanı da bir neçə dronla bağlı məlumatlara görə uçuşları dayandırıb. Nəticədə 3,000-ə yaxın sərnişinin olduğu 17 reys Münhendən başqa istiqamətlərə yönləndirilib.
Oktyabrın 6-na keçən gecə isə Osloda yerləşən hava limanı yenidən dron xəbərlərinə görə fəaliyyətini dayandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: İsrail XİN
Foto: AP
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır