Siyasət

AŞPA Azərbaycanı Avropa Şurası orqanları ilə konstruktiv dialoqa başlamağa çağırır

28 Yanvar, 2025
103

Açıq mənbədən götürülüb

Qurum həmçinin Azərbaycanın təqibləri dayandırmasını və siyasi motivli ittihamlarla tutulanları azad edilməsini istəyir

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında üzv dövlətlərin vəziyyətilə bağlı müzakirələr aparılıb (Turan). 

Müzakirələrin yekunu olaraq qəbul edilən qətnamədə Azərbaycan və Gürcüstan da daxil olmaqla, bəzi ölkələrdə demokratiyadan geri çəkilmə və insan hüquqlarının pozulması ilə bağlı narahatlıq ifadə olunub.

AŞPA bildirir ki, Azərbaycanda demokratiyanın, qanunun aliliyinin və insan hüquqlarının getdikcə pisləşməsindən, xüsusilə də siyasi və vətəndaş fəallarına, KİV nümayəndələrinə və hökumətin digər tənqidçilərinə qarşı davamlı repressiyalardan ciddi narahatdır.

Qətnamədə hakimiyyət təqibləri dayandırmağa və siyasi motivli ittihamlarla tutulanların hamısını dərhal azad etməyə çağrılır.

Bundan başqa, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları haqqında son illər qəbul edilən qanunların dəyişdirilməsinə çağırış var.

AŞPA həmçinin rəsmi Bakının Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsi ilə əməkdaşlıqdan imtinasını, eləcə də qurumun 2024-cü il növbədənkənar prezident və parlament seçkilərini müşahidə etməyə dəvət olunmamasını pisləyir.

Beynəlxalq müşahidəçilərə istinadla həmin seçkilərin demokratik, beynəlxalq seçki standartlarına cavab vermədiyi, ifadə, toplaşma azadlığına məhdudiyyətlərin artması şəraitində keçirildiyi vurğulanır.

Qətnamədə eyni zamanda, ötən il avqustun 26-da Azərbaycan Xarici İşlər Nazirliyinin AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasına səs verən 76 üzvünü persona non grata elan etməsi pislənilməklə yanaşı qəbuledilməz sayılır. 

Qurum rəsmi Bakınə bu qadağanı dərhal ləğv etməyə və həll olunmamış bütün məsələlərlə bağlı Avropa Şurası orqanları ilə konstruktiv dialoqa başlamağa çağırıb.

Həmçinin qeyd olunur ki, AŞPA saxlanılan Qarabağ separatçılarının və həbs edilmiş digər ermənilərin vəziyyətini izləməyə davam edir, onları azad etməklə bağlı Azərbaycana çağırışını təkrarlayır.

AŞPA ötən ilin qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu dondurub. Bunu ölkənin qurum qarşısında insan hüquq və azadlıqları ilə bağlı götürdüyü ğhdəlikləri yerinə yetirməməsi ilə əsaslandırıb. 

Azərbaycan hakimiyyəti, eləcə də Prezdent İlham Əliyev bu tənqidlərlə razılaşmır. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Xeyli pozuntu, az seçici ilə müşahidə olunan səsvermə bitdi (YENİLƏNİB)

29 Yanvar 2025

MSK

Bələdiyyə seçkilərində səsvermə az öncə - saat 19-da başa çatıb. Saat 17-yə olan rəsmi məlumata görə, seçicilərin 28,77%-i, 1 milyon 715 min 291 nəfər səs verib. Bakıdakı seçki məntəqələrində prosesi müşahidə edənlər səs verməyə çox az adamın gəldiyini bildiriblər. Onların sözlərinə görə, bu, seçicilərin sayının ən az olduğu seçkilər olub. İlkin nəticələrin bu axşam açıqlanacağı gözlənilir.  Bu seçkilərdə ötən seçkilərdə olduğu kimi pozuntular - xüsusən də “karusel əməliyyatı”, bülletenlərin seçki qutularına topa halda atılması müaşhidə edilib. Bunların bəzisi müşahidəçilər, bəzisi KİV-lər tərəfindən qeydə alınıb, bəzisini də elə MSK-nın quraşdırdığı veb-kameralar vasitəsilə izləmək mümkün olub.   **** 70 saylı Neftçala Seçki Dairəsi,...
Siyasət

Müşahidəçi ölümlə hədələndiyini bildirir 

29 Yanvar 2025

Toplum TV

İctimai fəal Əhməd Məmmədli bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermənin monitorinqi zamanı təhdid və təzyiqə məruz qaldığını bildirir. Əhməd Məmmədli bu barədə “Facebook“ hesabında paylaşım edib. O bunun Bakıdakı 35 saylı məktəbdə yerləşən Nəsimi-Səbail seçki dairəsinin 32 saylı seçki məntəqəsində baş verdiyini deyir.  Fəalın sözlərinə görə, o, yeni saxtalaşdırma metodu müşahidə edib: "Əvvəllər müxtəlif məntəqələrdə dəfələrlə səs verənlər (karusel) seçki məntəqələrinə dəstə-dəstə daxil olurdularsa, indi tək-tək daxil olurlar. Seçki məntəqələrinin yaxınlığında "koordinatorlar" onları qarşılayır. Onlar bu şəxslərə necə davranmalı olduqları - tək-tək daxil olmaları və bir-birilə ünsiyyətdə olmamaları barədə təlimat verirlər". Məmmədli həm bu prosesin, həm də digər pozuntuların...

Seçilmiş Videolar

Toplum TV loqo