Ölkə

Ailəsi Polad Aslanovun həbsxana rəhbərliyi tərəfindən təhdid edildiyini bildirir 

29 Yanvar, 2025
139

açıq mənbədən götürülüb

Həbsdə olan jurnalist Polad Aslanov 15 saylı cəzaçəkmə müəssisəsində məhbusların hüquqlarının pozulması hallarını ictimailəşdirdikdən sonra rəhbərlik tərəfindən təhdid olunur.

Bu haqda onun həyat yoldaşı Gülmirə Aslanova məlumat yayıb.

"Bu gün Polad zəng etdi və dedi ki, cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhədov məhbusların hüquqlarının pozulduğu haqqında mətbuata məlumat verdiyinə görə onu təhdid edib. O, Polad bir daha belə etsə, onu yaxınları ilə telefon söhbətlərindən və görüşlərdən məhrum edəcəyi, karserə salacağı ilə hədələyib",  həyat yoldaşı bildirib.

Bugünlərdə Polad Aslanov evə cəzaçəkmə müəssisəsinin rəis müavininin kabinetindən zəng etməyə məcbur edildiyini və söhbətinə nəzarət olduğunu demişdi. Eyni zamanda o, 15 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin pis olduğunu, yer çatışmazlığından bəzi məhbusların yerdə yatdığını, hamamda isti su olmadığını bildirmişdi. 

Eyni cəzaçəkmə müəssisəsində saxlanılan bloger Rəşad Ramazanov da bu haqda məlumat verib.

Polad Aslanov 12 iyun 2019-cu ildə İranın xeyrinə casusluq ittihamı ilə 16 il azadlıqdan məhrum edillib, daha sonra Ali Məhkəmənin qərarı ilə cəzası 13 ilə qədər azaldılıb.

Aslanov bütün ittihamları rədd edir, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bildirir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. AİHM onun həbsinin qanunsuz olduğunu təsdiq edib və təzminat təyin edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Sabiq müdafiə naziri müavininin ittiham olunduğu 15 milyonluq yeyinti işində hökm oxunub 

17 Sentyabr 2025

Foto: açıq mənbə

Sabiq müdafiə naziri müavini Fuad Məmmədov və daha iki şəxsin ittiham olunduğu 15 milyon manatlıq mənimsəmə işi üzrə məhkəmə prosesi yekunlaşıb.  "Report”-un xəbərinə görə, sentyabrın 17-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib. General-leytenant Fuad Məmmədov isə vəfat etdiyi üçün ona cəza təyin edilməyib. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. "Qafqazinfo"-nun məlumatına görə, mərhum generalın Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi, Mərdəkandakı bağ evi, avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlaklarının  müsadirə edilməsi haqda qərar...
Ölkə

Azərbaycan hərbi büdcəni artırır 

17 Sentyabr 2025

Foto: Azərtac

Maliyyə Nazirliyi müdafiə və təhlükəsizlik büdcəsini 318 milyon manat artıraraq 2026-cı ildə ümumilikdə 8,7 milyard manata çatdırmağı planlaşdırır.  Bu rəqəm nazirliyin sentyabrın 16-da dərc olunan hesabatında öz əksini tapıb. Təsdiq olunacağı təqdirdə, ümumi büdcədə müdafiə və milli təhlükəsizlik xərclərinin payı 21% təşkil edəcək.  "Report.az"ın məlumatına görə, 2026-cı il üçün dövlət büdcəsinin ümumi gəlirləri 38,4 milyard manat, xərcləri isə 42 milyard manat olaraq proqnozlaşdırılır. Azərbaycanın hərbi büdcəsini artırmaq planı Ermənistanla sülh prosesində baş verən irəliləyişlərdən sonraya təsadüf edir.  Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülh sazişinin mətnini paraflayıblar. Həmçinin, Azərbaycan, Ermənistan və ABŞ liderləri dövlətlərarası...

Seçilmiş Videolar

Toplum TV loqo