Siyasət

Avropa İttifaqı sərhədlərdə biometrik nəzarətə keçir

13 Oktyabr, 2025
39

Foto: Reuters

Avropa İttifaqı (Aİ) oktyabrın 12-də 29 ölkəni əhatə edəcək yeni "Giriş-Çıxış Sistemi"nin mərhələli icrasına başlayıb. 

Pasportlara möhür vurulmadan, səyahətçilərin məlumatlarının rəqəmsal toplanmasını nəzərdə tutan bu sistem 29 ölkənin sərhəd keçid məntəqələrində tədricən tətbiq olunacaq və 2026-cı ilin aprelin 10-a qədər tam şəkildə həyata keçiriləcək.

Bu ölkələrə Kipr və İrlandiyanı çıxmaqla, Aİ-nin 27 üzvündən 25-i, habelə Aİ-yə üzv olmayan Avropa ölkələri – İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə daxildir. 

"Giriş-Çıxış Sistemi"nin icrası zamanı pasport nəzarəti əməkdaşları səyahətçinin üzünün şəklini çəkəcək və barmaq izlərini skan edəcək. Bu məlumatlar rəqəmsal faylda qeyd olunacaq. 

Səyahətçi növbəti dəfə səyahət etdikdə isə əməkdaşlar bu dəfə yalnız barmaq izlərini və şəkli yoxlayacaqlar ki, bu da daha az vaxt aparacaq. Nadir hallarda məlumatların yenidən toplanması və qeydiyyata alınması zəruri ola bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tramp: Əgər HƏMAS tərk-silah olmasa, biz edəcəyik

15 Oktyabr 2025

Foto: ABC News

ABŞ prezidenti Donald Tramp Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının zorla tərk-silah ediləcəyini deyib.  O, bunu oktyabrın 14-də Ağ Evdə jurnalistin sualına cavab olaraq bildirib.  "Onlar razılaşdılar ki, tərk-silah olacaqlar. Əgər olmasalar, biz onları tərk-silah edəcəyik. Bu sürətlə, bəlkə zorakılıqla baş verəcək", - o qeyd edib.  Trampın təqdim etdiyi, oktyabrın 13-də özündən əlavə Misir, Türkiyə və Qətər liderlərinin imzaladığı 20 maddəlik Qəzzada sülh planının bir maddəsində HƏMAS-ın tərk silah olması nəzərdə tutulur.  HƏMAS liderləri sülh planında əsas maddələrdən atəşkəsə və əsir mübadiləsinə razılaşıblar. Lakin onlar dəfələrlə bildirib ki, Fələstin dövləti qurulmayana qədər tərk-silah olmayacaqlar.  Oktyabrın 13-də HƏMAS qruplaşması 2 ildən çox...
Siyasət

Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi

14 Oktyabr 2025

Foto: president.az

Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. “APA” xəbər verir ki, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. O, 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Seçilmiş Videolar

Toplum TV loqo