Siyasət

Avropa Məhkəməsi Azərbaycandan erməni məhbuslarla bağlı hesabat tələb edir 

1 Oktyabr, 2025
350

Foto: İTV

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan Bakıda həbsdə saxlanılan 23 erməni məhbusun vəziyyəti barədə hesabat tələb edib. 

Bunu AİHM-də erməni məhbusları təmsil edən Siranuş Sahakyan "Azadlıq Radiosu"nun erməni xidmətinə bildirib. 

Onun sözlərinə görə, məhkəmə bunun üçün 4 noyabr tarixini son tarix kimi seçib. 

Sahakyan əlavə edib ki, iyul ayında Azərbaycan tərəfi hesabat təqdim etmək öhdəliyindən azad olunmaq üçün müraciət edib. Lakin Ermənistan hökuməti və məhbusların AİHM-dəki nümayəndələrinin etirazlarından sonra məhkəmə nəhayət Azərbaycanın müraciətini rədd edib və Bakını məhbuslar barədə hesabat təqdim etməyə məcbur edib.

Hüquq müdafiəçisi iddia edib ki, Azərbaycan tərəfi əvvəllər də "dəfələrlə məhbuslar haqqında saxta məlumatlar" təqdim edib, amma hətta bu məlumatlara əsaslanaraq "müəyyən müşahidələr aparmaq" mümkündür.

Məhbusların nümayəndələri bildirir ki, onlar təxminən üç aydır tam təcrid olunaraq saxlanılırlar və bu müddətdə heç bir müstəqil beynəlxalq təşkilat onları ziyarət etməyib. Onların saxlanma, sağlamlıq və psixoloji vəziyyəti barədə heç bir məlumat yoxdur. Lakin hüquq müdafiəçiləri məhbusların yaxınlarının məlumatına istinad edərək, məhbuslar arasında intihar cəhdləri barədə xəbərdarlıq edirlər.

Beynəlxalq Qırmızı Xaç Komitəsi ən son iyun ayında erməni məhbusları ziyarət edib, lakin ötən aydan bu qurum Bakının istəyi əsasında Azərbaycanda fəaliyyətini dayandırıb.

Azərbaycanda 23 erməni həbsdədir. Onların arasında Qarabağdakı  keçmiş separatçı rejimin rəhbərləri olmuş şəxslər də var. 

Mart ayında Ermənistan məhbusların işgəncələrə məruz qaldığını iddia etmiş, bunu Azərbaycan tərəfinin dərc etdiyi şəkillərdəki izlərlə əsaslandırmışdı. 

Avqustun 8-də Ermənistan baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşdə erməni məhbusların məsələsini qaldırıb. Tramp isə onların azad edilməsini Azərbaycan prezidenti İlham Əliyevdən xahiş edəcəyini deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Bəhruz Səmədov: "Məqsəd sağlamlığıma geridönməz zərər vurmaqdır" 

7 Avqust 2026

Sosial media

Həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov Fransada yaşayan tarixçi və hökumət tənqidçisi Altay Göyüşova məktub yazıb.  Tarixçinin avqustun 6-da sosial media hesabında ictimailəşdirdiyi məktubda B.Səmədov həbsinin akademik fəaliyyətinə zərbə vurduğunu qeyd edib.  "Təəssüf ki, layihələrim yarımçıq qaldı. Mən sizinlə dövlət anlayışının müqəddəsləşdirilməsi və xalqın ona tabe etdirilməsi kimi məsələləri müzakirə etməyə ümid edirdim. Amma indi özümü burada tapmışam. İnanıram ki, mənə qarşı gözlənilmədən göstərilən bu qəddarlığın səbəbi həm nəzəri yanaşmam, həm də qəti mövqeyimdir. Eyni zamanda, sizin sayənizdə aldığım beynəlxalq dəstək onları daha da qəzəbləndirdi və nəticədə məni ciddi rejimli qapalı cəzaçəkmə müəssisəsində həbs cəzası ilə ən...
Siyasət

Taleh Bağırzadənin həyat yoldaşı: "Oğluma cinayət işi açılmazdan əvvəl ölkədən çıxışına ‘stop’ qoyublar"

5 Avqust 2026

Açıq mənbə

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadənin oğluna qarşı cinayət işi açılmamışdan əvvəl onun Azərbaycandan çıxışına "stop" qoyulub.  Bunu ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə "Azadlıq Radiosu"na bildirib.  T.Bağırzadənin 17 yaşlı oğlu Məhəmmədhəsən Bağırzadəyə qarşı cinayət işi aprel ayında açılıb. L.İsmayılzadə isə deyir ki, hələ ötən ilin yayından oğluna "stop" qoyulub.  "2025-ci ilin yayında onu hava limanından buraxmadılar. Dedilər ki, ölkədən çıxışına qadağa qoyulub. Halbuki o zaman nə məktəbdəki dava olmuşdu, nə də hansısa iş üzrə şahid kimi dindirilmişdi. Yeniyetmənin ölkədən çıxışına niyə qadağa qoyulmalı idi? Bu da sübut edir ki, bizim ailə əvvəldən nəzarət altındadır", - o qeyd...

Seçilmiş Videolar

Toplum TV loqo