Siyasət

Avropa Parlamenti Azərbaycanda siyasi motivli həbslərlə bağlı qətnamə qəbul edib

18 Dekabr, 2025
324

Foto: açıq mənbə

Avropa Parlamenti Azərbaycan hakimiyyətindən siyasi məhbus kimi tanınan şəxslərin, xüsusilə akademik tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun azad edilməsini tələb edən qətnamə qəbul edib.

Dekabrın 18-də keçirilən səsvermədə 477 deputat qətnamənin lehinə, 7 nəfər əleyhinə səs verib, 69 deputat isə bitərəf qalıb.

Qətnamədə bildirilir ki, bu il Azərbaycanda siyasi motivlərlə həbs olunan şəxslərin sayı 400-ə çatıb. Həmin şəxslərin əsasən müxalifət liderləri, vətəndaş cəmiyyəti üzvləri, hüquq müdafiəçiləri, jurnalistlər və akademik tədqiqatçılar olduğu qeyd olunur.

Sənəddə Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədovun və talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun dövlətə xəyanət ittihamı ilə həbs olunduğu vurğulanır.

“Hər iki akademikin məhkəmə prosesləri beynəlxalq ədalətli məhkəmə araşdırması standartlarının və təqsirsizlik prezumpsiyasının pozulması ilə qapalı keçirilmişdir, iddia edilən sübutlar yalnız erməni alimlərlə olan əlaqə və yazışmalardan ibarət olmuşdur, onların sağlamlıq vəziyyəti isə həbsdə olduqları müddətdə pisləşmişdir”, – qətnamədə qeyd olunub.

Qətnamədə, həmçinin, dekabrın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin hakimiyyəti ələ keçirmə cəhdi ittihamı ilə, “avtoritar praktikanın möhkəmləndirilməsi çərçivəsində” həbs olunduğu da əksini tapıb.

Avropa Parlamenti Azərbaycan hakimiyyətindən Bəhruz Səmədov, İqbal Əbilov və iqtisadçı Qubad İbadoğlu başda olmaqla siyasi məhbusların dərhal azad edilməsini tələb edib.

“Parlament Azərbaycanı ifadə azadlığı və akademik azadlıq da daxil olmaqla, beynəlxalq insan hüquqları üzrə öhdəliklərə və standartlara hörmət etməyə və qanunvericiliyini onlara uyğunlaşdırmağa çağırır. Parlament, həmçinin, Avropa İttifaqını Azərbaycanda insan hüquqlarını və demokratik idarəçiliyi daha da dəstəkləməyə, o cümlədən vətəndaş cəmiyyətinə dəstəyin artırılmasına çağırır və diplomatik əlaqələrin Aİ-nin əsas dəyərlərinə uyğun qalmasını təmin etməyi tələb edir”, – deyə vurğulanıb.

Sənəddə, eyni zamanda, Azərbaycanda repressiyalara görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqinə və Aİ-nin Azərbaycandakı missiyasının həbsdə olan akademiklərlə görüşməsinə çağırış yer alıb.

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.

Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

Bəhruz Səmədov məhkəmələrin birində bildirib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülhü müdafiə edib. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.

İqbal Əbilova mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib.

Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb.

İttihama görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində günahlandırılır. Əbilova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo