Azərbaycanlı fəal Türkiyədə təcridxanada “terrorçu” adı ilə saxlanılır
Foto: sosial media
Azərbaycanlı fəal Nənəxanım Babazadə Türkiyədə deportasiya olunması nəzərdə tutulanlar üçün ayrılan təcridxanada “xarici terrorçu döyüşçü” adı ilə saxlanılır.
“OC Media”nın məlumatına görə, İstanbul Universitetinin antropologiya fakültəsinin tələbəsi olan N.Babazadə avqustun 21-də işlədiyi kafedə həbs edilib.
O, ifadəsində üstündə axtarış aparılmasına etiraz etdiyinə görə
polislərin fiziki zorakılığına və təhqirlərinə məruz qaldığını deyib. Saxlanıldıqdan bir gün sonra məcburi tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılan fəalın tibbi sənədlərində bədəninin müxtəlif hissələrində göyərmə və şişkinlik olduğu qeyd olunub.
Çatalca Deportasiya Mərkəzində saxlanılan N.Babazadənin vəkillərlə görüşməsinə həbsindən yalnız 4 gün sonra icazə verilib.
Vəkil Ahmet Baran Çelikin “OC Media”ya dediyinə görə, N.Babazadə həbsdə olduğu ilk üç-dörd gün eyni qısa köynək və şortda olub və paltarını dəyişməyə imkan verilməyib. Vəkil əlavə edir ki, fəal qısa paltarına görə polislər tərəfindən təhqir olunub və ona lazım olan dərmanlar, habelə 24 saat ərzində yemək də verilməyib.
Türkiyəyə iki il əvvəl gələn N.Babazadə siyasi qruplarla əlaqə qurub. Özü daha çox heyvan hüquqlarına görə mübarizə aparsa da, feminist, LGBT, tələbə hüquqları məzmunlu etirazlara da çıxıb.
N.Babazadənin vəkillərinə dediyinə görə, deportasiya mərkəzinə yerləşdirildikdən sonra Türkiyə kəşfiyyat xidmətlərinin əməkdaşları ona azadlığa buraxılması müqabilində siyasi qruplar daxilində informator olmağı təklif ediblər. İmtina etdikdə isə ona yenə fiziki zorakılıq və psixoloji təzyiq göstərilib.
Vəkillər qeyd edir ki, N.Babazadə G89 inzibati məhdudiyyət kodu üzrə saxlanıb. Bu kod isə terrorçu təşkilatlara qoşulmaq niyyətilə ölkəyə gələn əcnəbilərə verilir.
N.Babazadə təcridxanada "könüllü qayıdış anketi"ni doldurmağı isə dəfələrlə rədd edib. O, Azərbaycanda onun həyatına təhlükə olduğunu, öz ailə üzvlərindən ölüm hədələri aldığını bildirib.
Vəkillərin deportasiyaya qarşı qaldırdığı vəsatəti məhkəmə sentyabrın 11-də təmin etməyib.
İddialara Türkiyə hüquq-mühafizə orqanlarının, habelə Azərbaycan səfirliyinin münasibəti bəlli deyil.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”
azernews.az
Toplum TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"