Siyasət

Beş ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina edəcəyini deyir 

16 Sentyabr, 2025
165

Foto: Getty Images

İspaniya İsrailin iştirak edəcəyi təqdirdə gələn il keçiriləcək "Avroviziya" mahnı müsabiqəsini boykot edəcək. 

Bununla İspaniya İsrailin iştirakına görə müsabiqədən geri çəkiləcəyini bildirən beşinci ölkə olub. 

Daha əvvəl Hollandiya, İrlandiya, Sloveniya və İslandiya da analoji qərarlarını açıqlayıb. 

İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb edən ölkələr siyahısının böyüməsi müsabiqəni təşkil edən Avropa Yayım Birliyinə (AYB) təzyiqi artırıb. 

"Avroviziya" mahnı müsabiqəsinin Nəzarət Qrupu bildirib ki, İsrailin iştirakına dair qərar hələ verilməyib və onlar “bir neçə ölkə tərəfindən ifadə olunan narahatlıqları nəzərə alıblar." 

İspaniyanın dövlət televiziyası RTVE bu qərarı sentyabrın 16-da keçirilən idarə heyəti səsverməsindən sonra elan edib.

Televiziya prezidenti Xose Pablo Lopesin təqdim etdiyi təklif 15 nəfərlik idarə heyətində 10 lehinə, 4 əleyhinə və 1 bitərəf səslə qəbul olunub.

İspaniyanın baş naziri Pedro Sançes daha əvvəl İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb etmiş, Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra yarışdan çıxarılmasını xatırlatmışdı.

Həmin vaxt AYB bildirmişdi ki, bu qərar “Ukraynadakı misilsiz böhran fonunda Rusiyanın builki yarışmaya qatılmasının müsabiqənin nüfuzuna zərər vuracağına dair narahatlıq” əsasında qəbul olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo