Siyasət

BMT məruzəçisi Anar Məmmədliyə görə baş prokurora məktub göndərib

18 Dekabr, 2025
117

Foto: sosial media

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının məruzəçisi Cina Romero Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədlinin işi ilə bağlı Azərbaycanın baş prokuroru Kamran Əliyevə məktub göndərdiyini bildirib.

Romero "X" səhifəsində yazıb ki, məktubu oktyabrın 23-də göndərib. 

Onun sözlərinə görə, məktubda A.Məmmədliyə qarşı davam edən cinayət işi və “olduqca ağır” ittihamlarla bağlı narahatlığını ifadə edib. 

Məruzəçi paylaşımında qeyd edib ki, o, A.Məmmədlinin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından və onun lazımi tibbi yardım alma imkanının məhdudlaşdırılmasından “xeyli narahatdır”. 

"Hər şey onu göstərir ki, məqsəd onun seçki monitorinqi və insan hüquqları fəaliyyəti səbəbilə cəzalandırılması və susdurulmasıdır”, - Romero əlavə edib. 

O, həmçinin, qeyd edib ki, A.Məmmədliyə qarşı hazırki və 2013-cü ildəki cinayət işləri arasında “gözə çarpan oxşarlıq” var. Məruzəçi xatırladıb ki, o vaxtkı iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquq pozuntuları müəyyən edib.

Romero məktubunda baş prokuroru Azərbaycanın Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (ICCPR) çərçivəsində hüquqi öhdəliklərinə “tam əməl etməyə” çağırdığını bildirib. Məruzəçi yazıb ki, A.Məmmədli legitim insan hüquqları və seçki monitorinqi fəaliyyətinə görə “qisas məqsədilə” cəzalandırılmamalıdır. 

"Baş prokuroru Anar Məmmədlinin istintaq təcridxanasından təcili şəkildə azad edilməsini, dərhal tibbi müalicəyə çıxışının təmin olunmasını, vətəndaş cəmiyyəti fəaliyyəti ilə bağlı bütün cinayət ittihamlarının geri götürülməsini, eləcə də səmərəli hüquqi müdafiə və kompensasiyanın təmin edilməsini tələb etməyə çağırdım”, - o əlavə edib. 

Baş Prokurorluq müraciətlə bağlı açıqlama verməyib. 

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsi ilə ittiham olunur. 

QHT rəhbəri özünü təqsirli saymır. Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo