Siyasət

BMT-nin ali istintaq orqanı İsrailin soyqırımı törətdiyini deyir 

16 Sentyabr, 2025
220

Foto: Getty Images

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin və İsrail üzrə ali istintaq orqanı sentyabrın 16-da açıqladığı qərarda İsrailin Qəzzada soyqırımı törətdiyini bildirib. 

BMT istintaq komissiyasının 72 səhifəlik hesabatında göstərilir ki, İsrail 1948-ci ildə qəbul olunmuş Soyqırımı haqqında Konvensiyada qadağan olunan beş əməldən dördünü törədib. 

Bu əməllərə "bir qrupun üzvlərini öldürmək", "onlara ciddi fiziki və psixoloji zərər vermək", "həyat səviyyəsini qrupun məhv olacağı şəkildə çətinləşdirmək", "doğumların qarşısını almaq" daxildir. 

Rəyə əsasən, İsrail rəhbərləri Qəzzadakı fələstinliləri bir qrup kimi məhv etmək niyyətində olublar.

Son bir il ərzində fələstinli, israilli və beynəlxalq hüquq müdafiə təşkilatları da eyni qənaətə gəliblər. 

Lakin bu, BMT qurumu tərəfindən aparılan ilk hərtərəfli hüquqi araşdırmadır və hazırda İsrailin soyqırımında ittiham olunduğu Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) işində hökm üçün həlledici rol oynaya bilər.

BƏM-dəki işin bir neçə il davam edəcəyi gözlənilir.

“Komissiya İsrailin Qəzzadakı davranışına görə məsuliyyətinə dair nəticəyə gəlmək üçün BƏM-in müəyyən etdiyi hüquqi standartdan istifadə edib. Buna görə də bu, indiyədək BMT-dən gəlmiş ən nüfuzlu rəydir,” – deyə komissiyanın sədri Navi Pillay "Middle East Eye" nəşrinə bildirib.

2023-cü ilin oktyabrında İsrailin Qəzzanı bombalaması ilə başlayan müharibə nəticəsində indiyə qədər 65 mindən çox fələstinli ölüb. Onların 20 minə yaxını uşaqlardır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo