Siyasət

Britaniya daha bir azərbaycanlıya sanksiya tətbiq edib 

12 Sentyabr, 2025
353

Foto: açıq mənbə

Böyük Britaniya Rusiyanın Ukraynanı işğalı ilə əlaqədar daha bir azərbaycanlıya sanksiya tətbiq edib. 

Sentyabrın 12-də Britaniya hökumətinin saytında dərc olunan 100 yeni sanksiya Rusiya prezidenti Vladimir Putinin "gəlir mənbələrini məhdudlaşdırmağı" hədəfləyir. 

Sanksiyalar Rusiya neftini daşıyan 70-dən çox gəmi və Rusiya ordusunun təchizatına kömək edən 27 şirkət və 3 şəxsə qarşı tətbiq olunur. 

Şəxslər arasında Türkiyədə yerləşən "Mastel Makina" şirkətinin azərbaycanlı direktoru Şanlıq Şükürov da var. Digər iki şəxs isə Çində yerləşən "Shenzhen Blue Hat" şirkətinin rusiyalı sahibləri Elena Malitsikaya və Aleksey Malitskidir. 

Bəyanatda göstərilir ki, bu şəxslərin rəhbərlik etdiyi şirkətlərin istehsal etdiyi elektronik avadanlıqlar "Putinin Ukrayna xalqını öldürmək üçün qəddarcasına istifadə etdiyi Rusiya dronlarında, habelə "İsgəndər" və "X-101" raketlərində geniş istifadə olunur".

Eyni gündə Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşən Britaniya xarici işləri naziri İvet Kuper də yeni sanksiyalardan danışıb. 

"Sanksiyalar Rusiyaya qarşı iqtisadi təzyiqi artırmaq və onun bu qanunsuz müharibəni maliyyələşdirmək üçün can atdığı həyati əhəmiyyətli pul axınlarını kəsmək məqsədi daşıyır. Bu sanksiyalar Birləşmiş Krallığın təhlükəsizlik dəstəyimizlə yanaşı iqtisadi təzyiqi gücləndirmək və Ukraynada ədalətli, davamlı sülh üçün müttəfiqlərlə birlikdə apardığımız işin növbəti mərhələsini təşkil edir", - o deyib. 

Sanksiyalar Rusiya ilə əməkdaşlıq edən Çin, Hindistan, Türkiyə və Tailand şirkətlərini də əhatə edib. 

Sanksiyalara aktivlərin dondurulması və səyahət qadağaları daxildir.

Bu, Britaniyanın Rusiya işğalına görə azərbaycanlılara qarşı ilk sanksiyası deyil. 

Bu ilin mayında Britaniya hökuməti Rusiya enerji sektorunda çalışmış bir neçə şirkət və beş azərbaycanlıya sanksiyalar qoyub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo