Deputat: “Yaxın gələcəkdə "Azadlıq", "Amerikanın Səsi" ilə bağlı atılan addımları görəcəyik”
Naqif Həmzəyev/şəxsi arxiv
“Artıq hər kəsə bəllidir ki, Donald Tramp Administrasiyası Amerikanın xarici siyasətində kəskin düzəlişlər edir”.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev İlon Maskın “Azadlıq Radiosu” və “Amerikanın səsi” kimi media təsisatlarının bağlanması ilə bağlı çağırışına münasibət bildirərkən deyib (Pravda).
Deputat onları ABŞ xarici əks kəşfiyyatına bağlı qurum adlandırıb.
“Yaxın gələcəkdə biz "Azadlıq", "Amerikanın Səsi" ilə bağlı atılan addımları görə biləcəyik. Çünki onların fəaliyyətləri birbaşa USAID və xarici əks kəşfiyyatla bağlıdır. Düşünürəm, "Azadlıq", "Amerikanın Səsi" radiosunun fəaliyyətləri yenidən təşkil ediləcək”, N. Həmzəyev deyib.
Yanvarın 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsasının olmadığını bildirib.
Onun sözlərinə görə, de-yure bu müddət 2024-cü ilin iyununda başa çatıb.
Bundan öncə dekabrın sonunda Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində USAID-in fəaliyyətini tənqid etmişdi. O, qurumun ölkədə fəaliyyətini qadağan edə biləcəyini söyləmişdi.
27 milyard dollardan çox büdcəsi olan USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Ülviyyə Əli/şəxsi arxiv
Abzas Media
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
İmişlidə gücləndirilmiş rejim: “İnzibati binaların, parkların ətrafında polis qarovul çəkir, yaxın rayonlardan polis dəstəyi gəlib”