Helsinki Komitəsi Azərbaycan hakimiyyətini Şahnaz Bəylərqızını azad etməyə çağırıb
Şahnaz Bəylərqızı/şəxsi arxiv
"Şahnaz Bəylərqızı son aylarda həbs olunan səkkizinci qadın jurnalist oldu"
Norveçin Helsinki Komitəsi (NHC) Azərbaycan hökumətinə səslənən bəyanat yayıb.
NHC bəyanatda Azərbaycan hakimiyyətini ötən həftə həbs edilən jurnalistlər Şahnaz Bəyləqızı və Şəmşad Ağanı dərhal azad etməyə çağırıb.
Komitə bildirir ki, Azərbaycanda iki tanınmış jurnalist hakimiyyət orqanları tərəfindən saxta ittihamlarla həbs edilib.
Komitə təəssüflə qeyd edir ki, Şahnaz Bəylərqızı son aylarda həbs olunan səkkizinci qadın jurnalist oldu:
“Bəylərqızı və keçmiş həmkarı Şəmşad 2024-cü ildə qapadılan müstəqil media orqanı olan Toplum TV-də birlikdə çalışıblar. NHC haqısz həbs edilmiş jurnalistləri və hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad etməyə çağırır”.
"Toplum TV"də aparıcı və redaktor işləmiş jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) fevralın 5-də “Toplum TV” işi üzrə şübhəli şəxs qismində saxlanılıb, onun mənzilində axtarış aparılıb, evdən elektron əşyalar götürülüb.
Fevralın 6-da isə Xətai rayon Məhkəməsində onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.
Fevralın 4-dən 5-nə keçən gecə arqument.az saytın baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) saxlanıb.
Jurnalistin yaxınları deyir ki, gecə saat 2-də onun Bakı şəhərində yaşadığı evdə axtarış aparılıb: "Şəmşadın köhnə telefonunu, kompüteri, modemi, jurnalist vəsiqələrini götürüblər".
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Lakin onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Ülviyyə Əli/şəxsi arxiv
Abzas Media
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
İmişlidə gücləndirilmiş rejim: “İnzibati binaların, parkların ətrafında polis qarovul çəkir, yaxın rayonlardan polis dəstəyi gəlib”