Siyasət

Trampla mübahisədən sonra Zelenski Ağ Evi tərk edib

28 Fevral, 2025
41

AFP

Fevralın 28-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Oval kabinetdəki mətbuat konfransı yüksək tonlarla başa çatıb. Jurnalistlər qarşısında çıxışı zamanı Zelenskinin Kiyevin atəşkəsə hazır olmadığını və Vaşinqtondan təhlükəsizlik zəmanətinə ehtiyacı olduğunu deməsindən sonra Ukrayna və ABŞ prezidentləri arasında mübahisə başlayıb.

"Bizə yalnız atəşkəs lazım deyil.  Mən Makron və Merkelin iştirakı ilə artıq Putinlə saziş imzalamışam. Burada hansı diplomatiyadan söhbət gedir?", - "RBK-Ukrayna" Ukrayna prezidentindən sitat gətirir.

Buna cavab olaraq Tramp bəyan edib ki, Ukrayna "müharibənin əvvəlindən əlverişsiz mövqedədir" və Birləşmiş Ştatlara "minnətdar olmalıdır", Ukrayna hakimiyyəti Ağ evə Kiyevin atəşkəs istəyib-istəmədiyini "deyə bilməz".

Tramp əlavə edib ki, Kiyev sülh bağlayarkən kompromislərə getməli olacaq: "Bizsiz əlinizdə heç bir kart yoxdur, bizə minnətdar olmalısınız. Biz ölkənizi xilas etmək və müharibəni dayandırmaq istəyirik. "Mən müharibəni dayandırmaq istəmirəm" deyə bilməzsiniz. Sizə 350 milyard dollar verdik, amma yenə də minnətdar deyilsiniz. Bizə nəyisə diktə etməyə haqqınız yoxdur. İndi çox əlverişli bir vəziyyətdə deyilsiniz".

"Mən bura kart oynamaq üçün gəlməmişəm", - Zelenski cavab verib.

Tramp, Zelenski və ABŞ-ın vitse-prezidenti J.D.Vens arasında danışıqların açıq hissəsindən sonra iki ölkə liderlərinin mətbuat konfransı keçirilməli idi, lakin Oval kabinetdəki münaqişədən sonra görüş, ləğv edilib.  “Reuters”-in məlumatına görə , Zelenski Ağ Evi erkən tərk edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Zelenski ilə Tramp görüşünə beynəlxalq reaksiyalar

1 Mart 2025

açıq mənbədən götürülüb

Ukrayna və ABŞ prezidentləri arasında Ağ Evdəki mübahisədən sonra dünya liderləri Zelenskiyə dəstəklərini ifadə ediblər.  Kaliforniya senatoru Adam Şiff: “Bu gün qəhrəman və qorxaq Oval kabinetdə görüşüblər və görüş başa çatdıqdan sonra qəhrəman evinə - Ukraynaya qayıdır”. Minnesota  qubernatoru Tim Vals:  “Donald Tramp ABŞ-ı dünya səhnəsində utandırır. Biz diktatorlara qarşı duran və demokratiya uğrunda mübarizə aparan ölkəyik. Minnesota Ukraynadakı müttəfiqlərimizin yanında möhkəm dayanır". Avropa İttifaqının xarici siyasət komissarı Cosep Borrell: "Tramp və Vens ləyaqətsiz şou göstərdilər. Mən bu davranışa görə utanıram. ABŞ daha yaxşısına layiqdir. Azad dünya Ukraynanı dəstəkləməlidir. Mən Zelenskinin yanında olmuşam və indi də varam".  Polşanın Baş naziri...
Siyasət

Ermənistan Bakıdakı məhkəməni “səhnələşdirilmiş” sayır, rəsmi Bakı iddiaları rədd edir

28 Fevral 2025

RFE/RL

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) fevralın 28-də bildirib ki, Bakıda erməni hərbi əsirlərə, girovlara və digər saxlanılan şəxslərə qarşı qadağan olunmuş üsullardan istifadə barədə məlumatlar almağa davam edirlər. Bəyanatda vurğulanır ki, Azərbaycan mediasında 23 əsirin məhkəmə proseslərindən videoların, fotoların dərci, habelə fiziki, psixoloji təzyiq, işgəncə və onların sağlamlığının kəskin pisləşməsi barədə məhkumların vəkillərinin yaydıqları məlumatlar "dərin narahatlıq" doğurur. Məhkəmə proseslərini "səhnələşdirilmiş" adlandıran Yerevanın açıqlamasına görə, "Azərbaycan hakimiyyəti... bu tamaşadan Ermənistana siyasi təzyiq və ictimai rəyin manipulyasiyası vasitəsi kimi istifadə edir". Rəsmi Bakının Yerevanın iddialarına reaksiya gecikməyib. "Bu kritik dönəmdə Azərbaycan hərbi cinayətlər törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil regionda sülh səylərinə...

Seçilmiş Videolar

Toplum TV loqo