Siyasət

Ermənistan Bakıdakı məhkəməni “səhnələşdirilmiş” sayır, rəsmi Bakı iddiaları rədd edir

28 Fevral, 2025
58

RFE/RL

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) fevralın 28-də bildirib ki, Bakıda erməni hərbi əsirlərə, girovlara və digər saxlanılan şəxslərə qarşı qadağan olunmuş üsullardan istifadə barədə məlumatlar almağa davam edirlər.

Bəyanatda vurğulanır ki, Azərbaycan mediasında 23 əsirin məhkəmə proseslərindən videoların, fotoların dərci, habelə fiziki, psixoloji təzyiq, işgəncə və onların sağlamlığının kəskin pisləşməsi barədə məhkumların vəkillərinin yaydıqları məlumatlar "dərin narahatlıq" doğurur.

Məhkəmə proseslərini "səhnələşdirilmiş" adlandıran Yerevanın açıqlamasına görə, "Azərbaycan hakimiyyəti... bu tamaşadan Ermənistana siyasi təzyiq və ictimai rəyin manipulyasiyası vasitəsi kimi istifadə edir".

Rəsmi Bakının Yerevanın iddialarına reaksiya gecikməyib.

"Bu kritik dönəmdə Azərbaycan hərbi cinayətlər törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil regionda sülh səylərinə xələl gətirən əsassız bəyanatlardan Ermənistan tərəfinin çəkinəcəyini gözləyir”, Azərbaycan XİN bildirib.

Yerevanın bəyanatlarını "əsasız" sayan rəsmi Bakı təqsirləndirilən şəxslərin bütün hüquqlarının lazımi qaydada təmin, vəzifələrinin isə izah olunduğunu vurğulayır: "Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin səfərləri, ailə üzvləri ilə telefon və video əlaqələri həyata keçirilib. Sonuncu dəfə belə görüş fevral ayında təşkil olunub".

Bakıda həbsdə olan Qarabağ separatçıları, tanınmamış Dağlıq Qarabağ Respublikasının "prezident"i olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət 15 nəfərin mühakiməsi davam edir.

Bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin sayı yarım milyon nəfərdən çoxdur. Onlar Qarabağ müharibəsində həlak olanların hüquqi varisləri, xəsarət alanlar, məcburi köçkünlərdir.  Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov da məhkəməyə zərərçəkmiş qismində qatılır.

Mühakimə olunan 15 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. 

Bu maddələrlə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Separatçı qurumun "dövlət naziri" olmuş milyarder Ruben Vardanyansa tək mühakimə olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Zelenski ilə Tramp görüşünə beynəlxalq reaksiyalar

1 Mart 2025

açıq mənbədən götürülüb

Ukrayna və ABŞ prezidentləri arasında Ağ Evdəki mübahisədən sonra dünya liderləri Zelenskiyə dəstəklərini ifadə ediblər.  Kaliforniya senatoru Adam Şiff: “Bu gün qəhrəman və qorxaq Oval kabinetdə görüşüblər və görüş başa çatdıqdan sonra qəhrəman evinə - Ukraynaya qayıdır”. Minnesota  qubernatoru Tim Vals:  “Donald Tramp ABŞ-ı dünya səhnəsində utandırır. Biz diktatorlara qarşı duran və demokratiya uğrunda mübarizə aparan ölkəyik. Minnesota Ukraynadakı müttəfiqlərimizin yanında möhkəm dayanır". Avropa İttifaqının xarici siyasət komissarı Cosep Borrell: "Tramp və Vens ləyaqətsiz şou göstərdilər. Mən bu davranışa görə utanıram. ABŞ daha yaxşısına layiqdir. Azad dünya Ukraynanı dəstəkləməlidir. Mən Zelenskinin yanında olmuşam və indi də varam".  Polşanın Baş naziri...
Siyasət

Trampla mübahisədən sonra Zelenski Ağ Evi tərk edib

28 Fevral 2025

AFP

Fevralın 28-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Oval kabinetdəki mətbuat konfransı yüksək tonlarla başa çatıb. Jurnalistlər qarşısında çıxışı zamanı Zelenskinin Kiyevin atəşkəsə hazır olmadığını və Vaşinqtondan təhlükəsizlik zəmanətinə ehtiyacı olduğunu deməsindən sonra Ukrayna və ABŞ prezidentləri arasında mübahisə başlayıb. "Bizə yalnız atəşkəs lazım deyil.  Mən Makron və Merkelin iştirakı ilə artıq Putinlə saziş imzalamışam. Burada hansı diplomatiyadan söhbət gedir?", - "RBK-Ukrayna" Ukrayna prezidentindən sitat gətirir. Buna cavab olaraq Tramp bəyan edib ki, Ukrayna "müharibənin əvvəlindən əlverişsiz mövqedədir" və Birləşmiş Ştatlara "minnətdar olmalıdır", Ukrayna hakimiyyəti Ağ evə Kiyevin atəşkəs istəyib-istəmədiyini "deyə bilməz". Tramp əlavə edib ki, Kiyev sülh bağlayarkən...

Seçilmiş Videolar

Toplum TV loqo