Gürcüstanda azərbaycanlı namizəd hakim partiya namizədinin xeyrinə seçkidən çəkilib
Foto: sosial media
Gürcüstanın Bolnisi rayonunda mer vəzifəsinə seçkidə müxalif Lelo Partiyasının namizədi olan Asəf Çıraqov hakim partiyanın namizədinin xeyrinə seçkidən çəkilib.
Çıraqov sentyabrın 22-də "Facebook" səhifəsində namizədliyini geri götürdüyünü elan edib.
O bildirib ki, namizədliyi qəbul etməsinin səbəbi "doğma bölgəsinə xidmət etmək üçün öz bacarıqlarını istifadə etmək istəyi" olub. Lakin onun sözlərinə görə, çox keçmədən “müəyyən şəxslərin” onun “resurslarını və səmimi niyyətlərini siyasi maraqlar” üçün istismar etməyə çalışdığını anlayıb.
Çıraqov konkret nəyi nəzərdə tutduğunu izah etməyib.
“Digər tərəfdən, əminəm ki, Gürcü Arzusunun namizədi cənab Zamur Çitanava qalib gəldikdə, doğrudan da Bolnisinin inkişafına qayğı göstərəcək və bələdiyyə sakinlərinin maraqlarını qoruyacaq”, — o əlavə edib.
Lelo Partiyasının icraçı katibi İrakli Kupradze sentyabrın 23-də bildirib ki, Çıraqov namizədliyini geri götürəndən bir neçə gün əvvəl yaxın qohumu olan polis əməkdaşı onunla əlaqə saxlayaraq namizədliyini geri götürməsi müqabilində pul təklif edib, lakin Çıraqov bunu rədd edib.
“Çıraqov Gürcü Arzusunu Rusiya rejimi hesab edir və bizə xəbərdarlıq etdi ki, Gürcü Arzusu digər bələdiyyələrdə də rüşvət, təhdid və şantaj cəhdlərini davam etdirir”, — Kupradze qeyd edib.
"Dörd gün sonra Asəf Çıraqov namizədliyini geri götürdü. Açıq şəkildə deməliyik ki, onun qarşısında rüşvət cəhdi uğursuz olduqda, daha zorakı və güclü təzyiq, ya da şantaj cəhdi ona qarşı tətbiq olunub”, — o əlavə edib.
Kupradzeyə görə, son həftələrdə Lelo “xüsusilə intensiv təzyiq, təhdid, şantaj və rüşvət cəhdləri ilə” üzləşib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”
azernews.az
Toplum TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"