Siyasət

Hafiz Babalı ədliyyə naziri və Ombudsmana müraciət edib

25 Noyabr, 2025
207

Foto: sosial media

Həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı ədliyyə naziri Fərid Əhmədov və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevaya müraciət edib. 

Noyabrın 23-də jurnalistin "Facebook" səhifəsində ictimailəşdirilən məktubda H.Babalının məhkəmələrə yazdığı ərizələrin çatdırılmadığı xəbər verilib. 

Məktubda xatırladılıb ki, H.Babalı haqqında yayımlanan məqalə və reportajlara görə bəzi hökumətyönlü media orqanlarını məhkəməyə verməyə çalışır, lakin saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi ərizələrin poçtla çatdırılmasında maneə törədir. 

"Hökumətyönümlü Kütləvi İnformasiya Vasitələri (KİV), o cümlədən bəzi televiziya kanallarında Hafiz Babalının əleyhinə qarayaxma kampaniyası aparılır. Bununla əlaqədar o, şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi məqsədilə mülki iddialarla yanaşı, böhtana yol vermiş media orqanlarının vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi ittihamçı kimi də yerli məhkəmələrə müraciət etmək hüququndan istifadə edir. Lakin noyabr ayının 6-dan etibarən şikayət ərizələri ona məlum olmayan səbəblərdən 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən aidiyyatı üzrə məhkəmələrə poçt vasitəsilə göndərilmir. Müəssisə müdiriyyəti onun hüquqlarını kobud surətdə məhdudlaşdıran bu hərəkətsizliyini heç bir qanuni əsasla izah edə bilmir", - müraciətdə bildirilib. 

"Hafiz Babalı onu qanunsuz maliyyələşdirilmə və sifarişli məqalələr yazmaqda, qaçaq yollarla xaricdən valyuta gətirmək, əks dövlət fəaliyyəti ilə məşğul olmaq kimi ağır cinayət əməllərini törətməkdə ittiham etməklə ona böhtan atan media subyektlərinin vəzifəli şəxslərinin bu ittihamları hakim qarşısında sübut etməyini, əks halda onların layiq olduqları cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Elə isə Penitensiar Xidmət Femidaya niyə mane olur?", - deyə sual olunub. 

Müraciətdə həm də qeyd olunub ki, H.Babalı yazdığı ərizələrin özünə qaytarılması üçün noyabrın 21-də cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət edib. 

Hafiz Babalı daha əvvəlki ictimai müraciətində "Qafqazinfo" və "Baku TV" media qurumlarına qarşı məhkəmə iddialarının davam etdiyini xəbər vermişdi. 

Onun sözlərinə görə, iki ilə yaxındır sözügedən media orqanlarını haqqında böhtan xarakterli yazılar yazmağa görə məhkəməyə versə də, yerli məhkəmələr hələ də onun şikayətini təmin etmir. 

Jurnalist xəbər verib ki, bu yaxınlarda “Qafqazinfo"ya qarşı Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti və “Baku TV"-yə qarşı Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi təmin edilməyib. O, şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair iddia qaldırıb və özündən üzr istənilməsi, təkzib verilməsi və mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edib. 

H.Babalı iddiaları Avropa İnsan Hüquqları Məhkəməsinə qədər qaldırmaqda israrlı olduğunu bildirib. O əlavə edib ki, sözügedən media qurumlarının rəhbər şəxslərini də məhkəməyə verməyə qərar verib. 

Hafiz Babalı 2023-cü ilin dekabrında "Abzas Media işi" çərçivəsində həbs olunub. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo