Foto: Aljazeera
İsrail Müdafiə Qüvvələri oktyabrın 19-da Qəzzanın cənubuna ən az 20 hava zərbəsi endirib.
İsrail ordusu bildirib ki, Rəfah şəhərindəki HƏMAS döyüşçüləri İsrail qüvvələrini atəş altına aldıqdan sonra ordu “çoxsaylı və genişmiqyaslı” zərbələr dalğası həyata keçirib. HƏMAS isə bu iddianı rədd edib və atəşkəsi İsrailin pozduğunu bildirib.
İsrail ordusu bir neçə saat sonra bəyanat yayaraq bildirib ki, qüvvələri Qəzada atəşkəsə əməl etməyə davam edir.
İsrail eyni zamanda həmin gün atəşkəs pozuntusundan sonra Qəzzaya humanitar yardımın daşınmasını müvəqqəti dayandırıb.
Fələstin Mülki Müdafiə agentliyi oktyabrın 19-da İsrail hava zərbələrinin müharibədən dağıdılmış bölgədə ən azı 42 fələstinlini öldürdüyünü açıqlayıb.
Bundan əlavə, HƏMAS nəzarətində olan Qəzza Media Ofisi bildirib ki, atəşkəsin oktyabrın 10-da qüvvəyə minməsindən bəri İsrail atəşi nəticəsində 97 fələstinli həlak olub və daha 230 nəfər yaralanıb.
İsrail ordusu oktyabrın 19-da Qəzzada döyüş zamanı iki əsgərinin öldüyünü bildirib.
Lakin HƏMAS-ın hərbi qanadı atəşkəs razılaşmasına riayət etdiyini bəyan edib. Hərbi qanad olan Qassam Briqadaları açıqlamasında deyib:
“Rəfah bölgəsində hər hansı hadisə və ya qarşıdurma barədə məlumatımız yoxdur, çünki bu ərazilər İsrail işğalının nəzarətində olan qırmızı zonalardır və oradakı qalan qruplarımızla əlaqə bu ilin mart ayında müharibə bərpa olunduqdan sonra kəsilib.”
HƏMAS İsraili Qəzza ərazilərində HƏMAS-a qarşı fəaliyyət göstərən silahlı qrupları dəstəkləməkdə ittiham edib və Vaşinqtondan İsrailə təzyiq göstərərək həmin qruplara dəstəyin dayandırılmasını və “onlara sığınacaq təmin etməməyi” tələb etməsini istəyib.
Digər bir xəbərdə HƏMAS-ın yüksək vəzifəli rəsmisi Xəlil əl-Hayyanın rəhbərliyindəki nümayəndə heyətinin oktyabrın 19-u gecə Misirin paytaxtı Qahirəyə gəldiyi bildirilir. Qruplaşmanın açıqlamasına görə, nümayəndə heyətinin məqsədi “vasitəçilər, Fələstin qrupları və qüvvələri ilə atəşkəs razılaşmasının həyata keçirilməsini izləməkdir.”
İsrail və HƏMAS arasında atəşkəs oktyabrın 10-da qüvvəyə minib. Razılaşmanın digər hissəsi kimi tərəflər saxladıqları əsirləri mübadilə ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”
azernews.az
Toplum TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"