Foto: Azərtac
Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, Əliyev Putini doğum günü münasibətilə təbrik edib.
73 yaşı olan Putin isə təbriklərə görə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparıldığı bildirilir.
Bu, Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsindən bəri liderlər arasında ilk telefon zəngidir. Onlar sonuncu dəfə ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğramasından sonra telefonla danışıblar. Putin həmin vaxt qəzanın Rusiya səmasında baş verməsinə görə üzrxahlıq edib.
Əliyev isə həmin vaxt AzTV-yə müsahibəsində bunun yetərli olmadığını demiş və Rusiyanın hadisəyə görə üzr istəməsini, məsul şəxsləri cəzalandırmasını və qurbanların ailələrinə təzminat ödəməsini tələb etmişdi.
Rəsmi Bakı təyyarənin həmin gün Ukrayna dronlarından qorunan Rusiya hərbi hava qüvvələri tərəfindən vurulduğunu iddia edib. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.
İyunun 27-də Yekaterinburq şəhərində iki azərbaycanlının ölməsilə nəticələnən reydlərin başlaması ilə münasibətlər daha da gərginləşib.
Azərbaycanda da bir qrup Rusiya vətəndaşı narkotik ticarəti ittihamı ilə həbs olunub, "Sputnik"in fəaliyyəti isə dayandırılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: açıq mənbə
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır