Siyasət

İlham Əliyevin "Tərəqqi" medalı verdiyi diaspora rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

16 Oktyabr, 2025
252

Foto: açıq mənbə

Rusiyanın Ulyanovsk vilayətindəki azərbaycanlı diasporasının rəhbəri və qubernatorun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb. 

Bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə Rusiyanın "RBK" nəşrinə bildirib.

Hüseynov xəbərlə bağlı nəşrə şərh verməyəcəyini deyib. 

56 yaşlı Hüseynov Gəncə şəhərində anadan olub və orada böyüyüb, lakin son 20 ildir Ulyanovskda yaşayır. O, 2005-ci ildən yerli diasporaya rəhbərlik edir.

2015-ci ildə Hüseynov böyük həcmdə dələduzluqda və gəlirlərin leqallaşdırılmasında ittiham olunub. İstintaqın məlumatına görə, o, bələdiyyə mülkiyyətində olan torpaq sahəsini bazar qiymətindən xeyli ucuz — 776 min rubla satın alıb, halbuki sahənin bazar dəyəri 6 milyon rubl olub.  Məhkəmə onu dələduzluq maddəsi ilə təqsirli bilib, amma gəlirlərin leqallaşdırılması maddəsi üzrə bəraət verib və şərti olaraq 4 il müddətinə həbs cəzası ilə 1 milyon rubl cərimələyib. Hüseynov ittihamı qəbul etməyib.

Hüseynova iki dəfə sui-qəsd edilib. 2009-cu ildə onu vurmaq istəyən şəxs səhvən Ulyanovsk gömrük əməkdaşını və onun həyat yoldaşını yaralayıb. 2012-ci ildə isə  ikinci hücum zamanı onun mühafizəçisi ölüb.

Hüseynovun təşəbbüsü ilə Ulyanovskda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin şərəfinə abidə qoyulub. Bu, Rusiyada H.Əliyevə həsr olunmuş ilk abidədir. Həmçinin, Hüseynovun təşəbbüsü ilə onun şərəfinə meydan salınıb və Ulyanovskdakı 78 nömrəli orta məktəbə Heydər Əliyevin adı verilib. 

2022-ci ildə Hüseynov qubernator Aleksey Ruskinin ictimai əsaslarla müşaviri olub.

Azərbaycan prezidenti İlham Əliyev Hüseynovu “Tərəqqi” medalı ilə təltif edib. Həmçinin, ona Ulyanovsk vilayəti hökuməti tərəfindən “Xalqlar Dostluğu” medalı verilib.

Hüseynovun vətəndaşlıqdan çıxarılması Azərbaycan-Rusiya münasibətlərində gərginliyin olduğu dövrə təsadüf edir. 

AZAL-ın sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. 
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə xilas edilib. 

Ertəsi gün "Reuters" və "Euronews" Bakıdakı rəsmi  mənbələrə istinadən xəbər vermişdi ki, təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub və pilotlara Rusiyanın hava limanına eniş etməyə icazə verilməyib, əvəzində Qazaxıstana uçmaq əmri verilib.

İyunun 27-də isə Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlılara qarşı reyd keçirib və onlarla şəxsi saxlayıb. Onlardan ikisi saxlanma məntəqəsində ölüb. 

İyulda isə Yekaterinburq şəhərində azərbaycanlı diasporanın rəhbəri Şahin Şıxlinski həbs olunub. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo