Siyasət

İmamoğlu barəsində casusluq maddəsilə də həbs qərarı verilib 

27 Oktyabr, 2025
234

Foto: Depo Photos

Həbsdə olan İstanbul meri və Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu barəsində bu dəfə siyasi casusluq ittihamı ilə həbs qərarı çıxarılıb. 

Bu barədə oktyabrın 27-də "Anadolu Agentliyi" xəbər yayıb. 

İstanbul məhkəməsi oktyabrın 26-sı gecə saatlarında İmamoğludan başqa müxalif televiziya kanalı "Tele1"-in baş redaktoru Mərdan Yanardağ və siyasi məsləhətçi Necati Özkan barədə də həbs orderi çıxarıb.

Xəbərə görə, məhkəmə qərarında qeyd olunub ki, İmamoğlunun başçılıq etdiyi iddia edilən cinayət təşkilatı onun prezidentliyə namizədliyi üçün fond yaratmaq məqsədilə korrupsiya əməliyyatları ilə yanaşı, beynəlxalq dəstəyi təmin etmək üçün casusluq əməliyyatlarını da həyata keçirib. 

Qərarda iddia olunur ki, Özkan və İmamoğlu İstanbul Bələdiyyəsinə aid korporativ hesablar vasitəsilə çoxsaylı seçicinin sosial media hesablarına və daxili yazışmalarına giriş əldə etməklə 2019-cu il mer seçkilərində üstünlük qazanmağa çalışıblar. Həmçinin, İmamoğlunun göstərişi ilə Özkanın bələdiyyə məlumatlarını "Ostin" adlı internet platformasına ötürdüyü və "xarici kəşfiyyat xidmətlərinin də dəstəyini alaraq üstünlük əldə etmək məqsədilə analiz və hesabat hazırlama əməliyyatlarını həyata keçirdikləri" vurğulanıb.

İmamoğlu məhkəmədə və oktyabrın 24-də həbsxanadan verdiyi bəyanatda son ittihamı rədd edib.

“Belə bir böhtan, yalan və sui-qəsd şeytanın ağlına belə gəlməzdi! Biz sözlə ifadə olunmayacaq qədər utancverici bir əxlaqsızlıqla üz-üzəyik", - onun "X" səhifəsində paylaşılan müraciətdə yazılıb. 

İmamoğlu bu ilin martın 18-də universitet diplomunun ləğvindən bir gün sonra saxlanılıb və martın 23-də korrupsiya ittihamı ilə həbs edilib.

Bütün bu proseslər son həftələrdə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı açılan araşdırmalar və CHP-nin prezidentliyə namizədliyi üçün ilkin seçkilər öncəsi baş verib.

Əkrəm İmamoğlu 2019-cu ilin martından İstanbulun meri vəzifəsində çalışır. O, yenidən namizədliyi irəli sürüləcəyi halda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi kimi qiymətləndirilir.

Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ilə təyin edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo