Siyasət

İranın vitse-prezidenti Antarktika səfərinə görə vəzifəsindən qovulub

7 Aprel, 2025
19

sosial media

İranın vitse-prezidenti Şəhram Dəbiri Prezident Məsud Pezeşkian tərəfindən vəzifəsindən qovulub. 

Buna səbəb onun Novruz bayramında həyat yoldaşı ilə birlikdə Antarktikaya tətilə getməsi olub. 

Aprelin 5-də verdiyi fərmanda Pezeşkian Dəbirinin səfərini “ekstravaqant və müdafiəolunmaz” adlandırıb. 

“Birinci şiə İmamın (İmam Əlinin) dəyərlərinə əməl etməyə çalışan bir hökumətdə və xalqımıza əhəmiyyətli iqtisadi təzyiqlər şəraitində dövlət məmurlarının dəbdəbəli səfərləri, hətta şəxsən maliyyələşdirilsə belə, müdafiə olunmazdır”, fərmanda qeyd olunub. 

Prezident əlavə edib ki, Dəbirinin “hərəkətləri, xüsusilə iqtisadi çətinliklər zamanı bütün məmurların riayət etməli olduğu "sadə yaşayış" prinsiplərinə ziddir”. 

Bundan əvvəl, Dəbirinin həyat yoldaşı ilə Antarktikaya yola düşəcək gəminin önündə çəkdirdiyi şəkil sosial mediada iranlı istifadəçilər arasında çox paylaşılmış və tənqid olunmuşdu. 

İran uzun illərdir ki, “HƏMAS” və “Hizbullah” kimi qruplaşmaları dəstəklədiyinə görə Qərbin ciddi sanksiyalarına məruz qalır və iqtisadi cəhətdən təzyiq altındadır. 

Beynəlxalq Valyuta Fondunun (BVF) 2024-cü ilin oktyabr ayına olan məlumatına görə, İranda işsizlik səviyyəsi 8,4%, illik inflyasiya isə 29,5% təşkil edib.

Antarktikaya kruiz səfərləri adambaşına 8,000-29,000 ABŞ dolları arasında dəyişir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Vəkil: “Tofiq Yaqublunun səhhəti daha da ağırlaşıb”

7 Aprel 2025

sosial media

Təcridxanada 7 gündür aclıq aksiyası edən Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhəti ağırlaşıb. Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev aprelin 7-də onunla görüşdükdən sonra danışıb. Vəkilin dediyinə görə, Yaqublu “yeriyəndə səndirləyir, rəngi avazıyıb”. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti vəkilin açıqlamasına hələki münasibət bildirməyib. Tofiq Yaqublunun yaxınları bildirirlər ki, o, bundan əvvəl də aclıq aksiyaları keçirib, heç vaxt belə sürətlə çəki itirməyib. “Əvvəlki aclıq aksiyaları ilə müqayisədə bu dəfə Tofiq Yaqublunun sürətlə çəki itirdiyini görürük. Qeyd edim ki, T.Yaqublunun öd kisəsi yoxdur və səhhətində ciddi problemlər var. 6 günə 6 kq çəki itirmək onu deməyə əsas verir ki, Tofiq...
Siyasət

Britaniya öz vətəndaşlarına Azərbaycanın bu ərazisinə səfər etməməyi tövsiyə edib

7 Aprel 2025

PA

Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Azərbaycanın cənub-qərbinə – Ermənistanla sərhədyanı bölgələrə getməməyi tövsiyə edib. Britaniya hökumətinin saytında dərc olunan məlumatda bildirilib ki, 2020 və 2023-cü illərdə münaqişədən təsirlənmiş bölgələrə, yəni Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Ağdam və Tərtər rayonlarına getmək tövsiyə olunmur. “Səyahət etməməyi tövsiyə etdiyimiz ərazilərdə Britaniya vətəndaşlarına kömək etmək imkanımız son dərəcə məhduddur”, Britaniya XİN bildirib. Məlumatda o da qeyd olunur ki, xəbərdarlıq Azərbaycanın Naxçıvan istiqamətində Ermənistanla sərhədini əhatə etmir. Rəsmi Bakı hələki məlumatla bağlı mövqe bildirməyib. Son günlər Azərbaycan tərəfinin yaydığı xəbərlərə görə, Ermənistan atəşkəs rejimini bir neçə dəfə pozub. Ermənistan...

Seçilmiş Videolar

Toplum TV loqo