Siyasət

Vəkil: “Tofiq Yaqublunun səhhəti daha da ağırlaşıb”

7 Aprel, 2025
190

sosial media

Təcridxanada 7 gündür aclıq aksiyası edən Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhəti ağırlaşıb.

Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev aprelin 7-də onunla görüşdükdən sonra danışıb.

Vəkilin dediyinə görə, Yaqublu “yeriyəndə səndirləyir, rəngi avazıyıb”.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti vəkilin açıqlamasına hələki münasibət bildirməyib.

Tofiq Yaqublunun yaxınları bildirirlər ki, o, bundan əvvəl də aclıq aksiyaları keçirib, heç vaxt belə sürətlə çəki itirməyib.

“Əvvəlki aclıq aksiyaları ilə müqayisədə bu dəfə Tofiq Yaqublunun sürətlə çəki itirdiyini görürük. Qeyd edim ki, T.Yaqublunun öd kisəsi yoxdur və səhhətində ciddi problemlər var. 6 günə 6 kq çəki itirmək onu deməyə əsas verir ki, Tofiq Yaqublunun həyatı təhlükədədir”, qızı Nigar Həzi vurğulayıb.

Azərbaycan hakimiyyətini sərt tənqdid etməsi ilə seçilən Tofiq Yaqublu həbs olunmasına etiraz olaraq aprelin 1-dən aclıq aksiyasına başlayıb.

O bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ya 9 il azadlıqdan məhrum edilib.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Siyasətçi ittihamları qurama sayır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Milli Məclis süni adalarda kazinoya icazə verməyə hazırlaşır

18 İyun 2025

Foto: açıq mənbə

Milli Məclis Azərbaycanda kazino oyunlarının təşkili və keçirilməsinə icazə verməyə hazırlaşır.  Bunu “Teleqraf” saytına açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.  O bildirib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə Azərbaycan Respublikasının Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik layihəsi daxil edilib. Bu dəyişikliklərdə yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur. “Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər”, - “Teleqraf” deputata istinadən yazıb. ...
Siyasət

CNN: Tramp İranı bombalamağı nəzərdən keçirir

18 İyun 2025

Foto: BBC

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə zərbə endirmək ideyasına isti yanaşır və İranla İsrail arasında qızışan münaqişəyə diplomatik yolla son qoymaq fikrindən uzaqlaşır. Bu barədə “CNN” telekanalı adını açıqlamadığı ABŞ rəsmilərinə istinadən xəbər yayıb.  Mənbələr bildirib ki, Tramp yalnız İran “ciddi güzəştlərə” gedəcəyi halda diplomatik həll yoluna qayıdacaq.  İyunun 17-də Kanadadakı “Böyük Yeddilik ölkələri”nin sammitindən yarımçıq qayıdan Tramp jurnalistlərə İranla danışıqlar aparmaq “həvəsində olmadığını” deyib. O əlavə edib ki, münaqişənin atəşkəs ilə deyil, “həqiqi sonluqla” həll olunmasını istəyir.  Tramp həmin gün “Truth Social” hesabında İran Ali lideri Ayətullah Əli Xameneinin harada “gizləndiyini dəqiq bildiklərini” yazıb.  “O, asan hədəfdir, lakin...

Seçilmiş Videolar

Toplum TV loqo