Britaniya öz vətəndaşlarına Azərbaycanın bu ərazisinə səfər etməməyi tövsiyə edib
PA
Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Azərbaycanın cənub-qərbinə – Ermənistanla sərhədyanı bölgələrə getməməyi tövsiyə edib.
Britaniya hökumətinin saytında dərc olunan məlumatda bildirilib ki, 2020 və 2023-cü illərdə münaqişədən təsirlənmiş bölgələrə, yəni Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Ağdam və Tərtər rayonlarına getmək tövsiyə olunmur.

“Səyahət etməməyi tövsiyə etdiyimiz ərazilərdə Britaniya vətəndaşlarına kömək etmək imkanımız son dərəcə məhduddur”, Britaniya XİN bildirib.
Məlumatda o da qeyd olunur ki, xəbərdarlıq Azərbaycanın Naxçıvan istiqamətində Ermənistanla sərhədini əhatə etmir.
Rəsmi Bakı hələki məlumatla bağlı mövqe bildirməyib.
Son günlər Azərbaycan tərəfinin yaydığı xəbərlərə görə, Ermənistan atəşkəs rejimini bir neçə dəfə pozub. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Fərqanə Novruzova
Foto: Reuters
Prezidentin saytında DTX-nin şəxsi məlumatları yığacağını göstərən sənəd sonradan silinib
Neft-qaz ölkəsində müəllim maaşı regionla müqayisəsi niyə aşağıdır?
Köhnə “bayatı” yada düşdü: AXCP-Müsavat mövzusu niyə aktuallaşdı?
Talış fəalın Türkiyədə saxlanılaraq Azərbaycana gətirildiyi bildirilir
Ekspert: “Nazir kənd təsərrüfatındakı uğursuzluğu ört-basdır etmək istəyir”