Sosial

İpoteka Fondunun orta aylıq əməkhaqqının 90 faizi dəyərində kirayə mənzilləri

7 Aprel, 2025
448

sosial media

İpoteka və Kredit Zəmanət Fondu Bakının Binəqədi rayonunda 213 yeni, tam təmirli mənzili satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edəcək. 

Yeni mənzillər vətəndaşların seçimi üçün aprelin 8-də elektron portal üzərindən yayımlanacaq. Lakin mənzillərin elan olunan başlanğıc qiyməti təəccüb doğurub. 

Məlumatda bildirilir ki, mənzillər 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır, sahələri isə 61 və 114.5 kvadrat metr arasındadır. 

Satmaq öhdəliyi ilə kirayə vermə mexanizmi 2019-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, məqsədlərdən biri şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsidir. 

Fondun Kirayə Mənzil şöbəsinin direktor müavini Aslan Zeynalovun “ATV”ə dediyinə görə, vətəndaşlardan ilkin ödəniş tələb olunmur, lakin onlar müqaviləni rəsmiləşdirmək üçün kirayə məbləğinin 12 mislini ödəməlidir. 

Zeynalov bildirib ki, mənzillər kirayə verilərkən Fondun gəlirliliyi nəzərdə tutulmur - yəni, kirayə məbləğinə faiz əlavə olunmur. O qeyd edib ki, kirayə məbləği hesablanarkən mənzilin alınması və saxlanılması üçün sərf olunmuş xərclər, habelə sığorta və əməliyyat xərcləri nəzərə alınır. 

Fondun mənzilləri kirayə vermə şərtlərinin qeyd olunduğu internet səhifəsinə daxil olmaq mümkün deyil. Rəsmi açıqlamalarda da mənzil kirayə verilən vətəndaşların neçə il ödəniş etməli olduğu bildirilmir. Lakin mətbuatda gedən xəbərlərdə vətəndaşlar onlara 25 illik müqavilə təklif olunduğunu deyir. 

Bu şərtlər ekspertlərdə kirayə mənzil mexanizminin adi ipoteka qaydalarından nə ilə fərqləndiyi sualını doğurur. 

“Telegram” kanalında mövzuya toxunan iqtisadçı Toğrul Vəliyev bildirib ki, bu şərtlərlə dövlətdən ev almaqdansa, ipoteka krediti ilə mənzil götürmək daha ağlabatandır:

“Məsələ ondan ibarətdir ki, Azərbaycanda rəsmi olaraq orta aylıq əməkhaqqı 1063 AZN təşkil edir (vergi, DSMF və s. çıxılmadan). Başqa sözlə, sizə Bakının mərkəzindən kifayət qədər uzaqda yerləşən, metroya yalnız qismən yaxın olan birotaqlı mənzil təklif olunur. Bu mənzilə görə də, aylıq ödənişiniz bütöv maaşınıza bərabər olacaq. Belə olan halda ipoteka götürmək daha rahatdır. Yəni, əgər mən aylıq 954 AZN kirayəyə (hələ üstünə 150-200 AZN kommunal xərcləri də əlavə etmək lazımdır) verə bilirəmsə, mən ipoteka da götürə bilərəm. Ümumi olaraq bu mənzili götürmək üçün təxmini qazancım 2500 AZN-dən yuxarı olmalıdır. Düşünmürəm ki, müvafiq qazanca malik olan insanlara dövlət fondu tərəfindən hər hansı xüsusi dəstək lazımdır.”

Vəliyev əlavə edib ki, hökumət ölkədəki mənzil problemi əvəzinə mənzil sahiblərinin imkanlarının artırılması haqqında düşünür. “Bizdə ümumiyyətlə çox maraqlı bir hal yaşanır. Sosial evlər elan olunur, amma nəticədə müvafiq evləri pulu olan şəxslər əldə edir. Eyni hal burada da yaşanır”, o qeyd edib. 

İpoteka və Kredit Zəmanəti Fondu mətbuata bildirib ki, ötən il 2 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb. 

“Ümumilikdə, ötən ilin sonunadək kirayə mexanizmi vasitəsilə 6257 ailə özünün yaşayış şəraitini yaxşılaşdırıb. Onların isə 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edib”, açıqlamada deyilir. 

Azərbaycanda bir neçə ildir ki, mənzil almağa imkanı çatmayan əhaliyə yardım adı ilə layihələr həyata keçirilir, lakin sonda vətəndaşların şikayəti ilə yadda qalır. 

2022-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan güzəştli binaların onlayn satışında qeyri-şəffaflıq müşahidə olunmuşdu. Mənzil almağa cəhd edən vətəndaşlar satışın 5 saniyə ərzində bitdiyini deyirdilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: #

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Azərbaycan regionlarında əhali azalır: Rəsmi rəqəmlərin gizlədə bilmədiyi reallıq

11 Yanvar 2026

Foto: Qusar İH

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, son 5 ildə (2019–2024-cü illər) Azərbaycan əhalisi cəmi 2,3 faiz və ya 243 min nəfər artıb. Bu isə həmin dövrdə orta illik əhali artımının 0,5 faizdən də aşağı olduğunu göstərir. Halbuki 2000–2010-cu illərdə orta illik artım 1,2 faiz, 2010–2020-ci illərdə isə 1,1 faiz təşkil edib. Beləliklə, mövcud artım tempi əvvəlki onilliklərlə müqayisədə təxminən üç dəfə zəifləyib. Ölkə üzrə ümumi əhali sayı zəif templə artsa da, bir sıra regionlarda əks proses - əhalinin azalması müşahidə olunur. Xüsusilə diqqətçəkən məqam odur ki, ən ciddi azalma işğaldan azad edilmiş ərazilərdə qeydə alınıb. Qarabağ iqtisadi rayonunda Ağdərə rayonunun...
Sosial

Nazirin “tam ştatlı müəllim” layihəsi: “Köhnə modeli mütərəqqi sistem kimi tətbiq etmək istəyir”

27 Noyabr 2025

Foto: açıq mənbə

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 17-də jurnalistlərə açıqlamasında orta məktəb müəllimlərini tam ştata keçirmək haqda layihədən danışdı.  Nazir bildirdi ki, layihə hələ konsept olaraq hazırlanmaqdadır və ən tez 2027-ci ilin sentyabrından tətbiq oluna bilər: “Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etsin. Əməyin ödənilməsi ilə bağlı suallar da sadə deyil. Hazırda üzərində işlədiyimiz yanaşma ondan ibarətdir ki, tam ştatlı müəllimin əməkhaqqı ölkə üzrə orta əməkhaqqından azı iki dəfə yüksək olmalıdır. Bu gün müəllim öz əməkhaqqını artırmaq üçün daha çox dərs deməlidi ki, bu da doğru deyil.” Nazirin açıqlaması sosial şəbəkələrdə, xüsusilə müəllimlər arasında...

Seçilmiş Videolar

Toplum TV loqo