Məhkəmə

Məhkəmə Hacı Vəliyevi həbsdə saxlayıb

7 Aprel, 2025
18

sosial media

Bakı Apelyasiya Məhkəməsi “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyevin verdiyi şikayəti təmin etməyib. 

Aprelin 7-də baş tutan prosesdə Vəliyev səhhətində olan problemləri əsas gətirərək haqqındakı həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Məhkəmə isə onu həbsdə saxlayıb. 

Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, aprelin 1-də isə onun barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib. 

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur. 

Vəliyev şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarının prolemlərini işıqlandırması və aidiyyəti üzrə məmurları tənqid etməsi ilə tanınır.

O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Vəliyev bildirmişdi ki, Yasamal Rayon Polis İdarəsinin rəis müavini polkovnik Anar Məmmədovun göstərişi ilə qazilərin Abbas Mirzə Şərifzadə 156 ünvanında yerləşən satış yerləri dağıdılıb, özləri isə polis bölməsinə aparılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Azər Qasımlının həbs müddəti uzadıldı 

3 Aprel 2025

Sosial Media Hesabı

Siyasi Menecment İnstitunun direktoru, politoloq Azər Qasımlının həbs qətimkan tədbiri 2 ay uzadılıb.  Bu barədə bu gün Yasamal rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə qərar verilib.  Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb. Özü ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.  Hüquq müdafiəçiləri Azərbaycanda 300-dən çox siyasi məhbus olduğunu bildirirlər. Beynəlxalq hüquq-müdafiə təşkilatları ölkə hakimiyyətini insan haqları sahəsindəki siyasətinə görə təniqd edir, son illər həbs edilən ictimai fəalları, jurnalistləri azad etməyə çağırırlar.  Azərbaycan...
Məhkəmə

"Toplum TV işi": "Önümüzə cəfəngiyyatla dolu qalaq-qalaq kağız qoyublar"

2 Aprel 2025

sosial media

“Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov məhkəmədən onun həbsdə saxlanılması müqabilində digər “Toplum TV” əməkdaşlarının azadlığa buraxılmasını xahiş edib. O bu barədə “Toplum TV işi” üzrə keçirilən məhkəmənin ilk hazırlıq iclasında deyib. “İş materiallarına baxanda aydın olur ki, bunlar bizi bir mütəşəkkil dəstə kimi, məni də bu dəstənin başçısı kimi görürlər. Əgər elədirsə, mənim həbs qətimkan tədbirimi dəyişməyin, amma digərlərini buraxın,” Akif Qurbanov deib. Bu zaman “Demokratik Təşəbbüslər İnstitutunun” əməkdaşı Əli Zeynal deyib ki, Akif Qurbanov həbsdə saxlanılacaqsa, o da qalacaq.  Akif Qurbanov çıxışında, həmçinin iş üzrə həbs olunan şəxslərin ayrı-ayrı saxlanılmasına da toxunub.  “İstintaq dövründə siyasi motivlərlə həbs olunan...

Seçilmiş Videolar

Toplum TV loqo