Siyasət

Həbsdəki sülh fəalı: “Həbsim Azərbaycanın səmimiliyini sual altına qoyur”

7 Aprel, 2025
22

Bəhruz Səmədov/sosial media

Həbsdə olan araşdırmaçı, sülh fəalı Bəhruz Səmədov həbsinin Azərbaycanın sülh barəsində səmimi olmasını sual altına qoyduğunu deyib. 

O, bunu ictimaiyyətə göndərdiyi mesajında bildirib.

Araşdırmaçı, həmçinin Azərbaycan və Ermənistan arasında sülh razılaşması üzrə danışıqların başa çatması xəbərinə münasibət bildirib. 

Jurnalist Ülviyyə Əlinin ictimailəşdirdiyi mesajda Səmədov Azərbaycan hakimiyyətini onu “azad etməyə, mövqeyinə tolerant yanaşmağa” dəvət edib. 

Səmədov Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılmasını müsbət qiymətləndirdiyini deyib, hər iki tərəfi “xalqların rifahı üçün sülh sazişinin tez bir zamanda imzalanması üçün faktiki addımlar atmağa” səsləyib. 

Bəhruz Səmədov ötən il avqustun 21-də həbs olunub. Ona qarşı qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsilə ittiham irəli sürülüb.

Hökumətyönlü mediada gedən yazılarda o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Vəkil: “Tofiq Yaqublunun səhhəti daha da ağırlaşıb”

7 Aprel 2025

sosial media

Təcridxanada 7 gündür aclıq aksiyası edən Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhəti ağırlaşıb. Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev aprelin 7-də onunla görüşdükdən sonra danışıb. Vəkilin dediyinə görə, Yaqublu “yeriyəndə səndirləyir, rəngi avazıyıb”. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti vəkilin açıqlamasına hələki münasibət bildirməyib. Tofiq Yaqublunun yaxınları bildirirlər ki, o, bundan əvvəl də aclıq aksiyaları keçirib, heç vaxt belə sürətlə çəki itirməyib. “Əvvəlki aclıq aksiyaları ilə müqayisədə bu dəfə Tofiq Yaqublunun sürətlə çəki itirdiyini görürük. Qeyd edim ki, T.Yaqublunun öd kisəsi yoxdur və səhhətində ciddi problemlər var. 6 günə 6 kq çəki itirmək onu deməyə əsas verir ki, Tofiq...
Siyasət

İranın vitse-prezidenti Antarktika səfərinə görə vəzifəsindən qovulub

7 Aprel 2025

sosial media

İranın vitse-prezidenti Şəhram Dəbiri Prezident Məsud Pezeşkian tərəfindən vəzifəsindən qovulub.  Buna səbəb onun Novruz bayramında həyat yoldaşı ilə birlikdə Antarktikaya tətilə getməsi olub.  Aprelin 5-də verdiyi fərmanda Pezeşkian Dəbirinin səfərini “ekstravaqant və müdafiəolunmaz” adlandırıb.  “Birinci şiə İmamın (İmam Əlinin) dəyərlərinə əməl etməyə çalışan bir hökumətdə və xalqımıza əhəmiyyətli iqtisadi təzyiqlər şəraitində dövlət məmurlarının dəbdəbəli səfərləri, hətta şəxsən maliyyələşdirilsə belə, müdafiə olunmazdır”, fərmanda qeyd olunub.  Prezident əlavə edib ki, Dəbirinin “hərəkətləri, xüsusilə iqtisadi çətinliklər zamanı bütün məmurların riayət etməli olduğu "sadə yaşayış" prinsiplərinə ziddir”.  Bundan əvvəl, Dəbirinin həyat yoldaşı ilə Antarktikaya yola düşəcək gəminin önündə çəkdirdiyi şəkil sosial mediada iranlı istifadəçilər...

Seçilmiş Videolar

Toplum TV loqo