Siyasət

İsrail Qəzzaya yardım daşıyan aktivistləri həbs edib 

9 İyun, 2025
130

Foto: AP

İsrail ordusu Qəzza zolağına yaxınlaşan, “Azadlıq Donanması Koalisiyası” adlı qrupun olduğu gəmini saxlayıb və 12 qrup üzvünü həbs edib. 

Onların arasında isveçli iqlim fəalı Qreta Tunberq və fransız-fələstinli Avropa Parlamenti üzvü Rima Həsən də var. 

“Gəmi təhlükəsiz şəkildə İsrail sahillərinə doğru irəliləyir. Sərnişinlərin öz vətənlərinə qayıtması gözlənilir,” – İsrail Xarici İşlər Nazirliyi iyunun 9-da “X”-də paylaşımda deyib. 

Aktivistlərin İsrailin Aşdod limanına aparıldığı bildirilir. İsrail müdafiə naziri İsrail Kats “X” səhifəsində yazıb ki, o, aktivistlərə HƏMAS qruplaşmasının 2023-cü il oktyabrın 7-də İsrailə hücumlarını əks etdirən videoları göstərməyi tapşırıb. 

“Azadlıq Donanması Koalisiyası” gəmidəki üzvlərin saxlanılmazdan əvvəl çəkdiyi videoları paylaşıb. 

“Əgər bu videonu görürsünüzsə, deməli biz beynəlxalq sularda İsrail işğalçı qüvvələri və ya İsraili dəstəkləyən qüvvələr tərəfindən tutulmuş və qaçırılmışıq,” – Tunberq videosunda deyib.

İsrailin Xarici İşlər Nazirliyi qrupu “selfi yaxtası” adlandırıb və onların “media təxribatı təşkil etməyə cəhd etdiyini” bildirib.

HƏMAS qruplaşması aktivistlərin həbslərini qınayıb və bunun “beynəlxalq hüququn açıq şəkildə pozulması və humanitar niyyətlərlə hərəkət edən mülki könüllülərə qarşı hücum” olduğunu deyib. 

“Azadlıq Donanması Koalisiyası”nın 12 üzvünün olduğu Madleen gəmisi 1 həftə əvvəl İtaliyanın Kataniya limanından yola çıxmışdı və İsrail blokadası altında olan Qəzza əhalisinə humanitar ehtiyaclar çatdırmağı planlayırdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

AXCP Daşkəsən şöbəsinin sədri həbs olunub

14 İyun 2025

Foto: Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin sədri Ruzi Bağırov iyunun 13-də 30 sutkalıq inzibati qaydada həbs olunub.  Bu barədə AXCP sədri Əli Kərimli "Facebook" səhifəsində xəbər verib.  Məlumata görə, Bağırov İnzibati Xətalar Məcəlləsinin polisə müqavimət göstərmək maddəsilə həbs olunub. AXCP Daşkəsən şöbəsinin keçmiş sədri Sahib Məmməzadənin ötən il narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilməsini xatırladan Kərimli bunu "ölkədə repressiyaların miqyasının genişlənməsi kimi" qiymətləndirib.  "Ölkəmizdə siyasi məhbusların sayının 375 nəfəri keçdiyi bir şəraitdə repressiyaları dayandırmağın tək bir yolu var. Rejimin rəqib siyasi düşərgədən hər bir qanunsuz həbsi ümumxalq qınağına məruz qalmalıdır. Xalqımız hər fürsətdə öz iradəsini ortaya...
Siyasət

İsrail dünyadakı bütün səfirliklərini bağlayır

13 İyun 2025

Foto: Reuters

İsrail bütün ölkələrdəki səfirliklərini bağlamaq qərarı verib.  İsrailin Xarici İşlər Nazirliyi verdiyi bəyanatda, həmçinin, konsulluq xidmətlərinin də təmin olunmayacağını bildirib.  Qərarın nə qədər qüvvədə olacağı bəlli deyil.  Nazirlik, həmçinin, ölkə xaricində olan İsrail vətəndaşlarından olduqları məkan barədə forma doldurmalarını istəyib.  2023-cü il oktyabrın 7-də HƏMAS qruplaşmasının İsrailə hücumundan sonra da vətəndaşlardan oxşar forma doldurmaları istənilmişdi və ehtiyatda olan hərbi qulluqçuları qeydiyyata almaq məqsədi daşıyırdı.  İsrail ordusu iyunun 13-ə keçən gecə İrana zərbələr endirib. Zərbələr nəticəsində İranın Tehran, Təbriz, Natanz və Kirmanşah şəhərlərində partlayışlar müşahidə olunub və ordu rəhbərliyindən olan şəxslər və nüvə alimləri öldürülüb.

Seçilmiş Videolar

Toplum TV loqo