Foto: VOA
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası sədri Afiəddin Məmmədovun həbsdə təhdid edildiyi bildirilir.
Konfederasiya iyunun 6-da yaydığı açıqlamada onun müəssisə rəhbərliyi tərəfindən daha ağır rejimli müəssisəyə köçürülməklə hədələndiyini qeyd edib.
Fəalın bu hədələrə saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində antisanitar şəraiti ictimailəşdirdikdən sonra məruz qaldığı deyilir.
Məmmədov bildirirdi ki, 250-dən çox məhbus üçün cəmi dörd sanitar qovşağı var, mətbəxdə isə siçanlar sərbəst dolaşır.
Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir.
Ona Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələrilə ittiham verilib.
Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasıyla əlaqədar keçirilən etiraz aksiyası zamanı saxlanılmış, 30 sutka inzibati həbs cəzası almışdı.
Bir neçə gün sonra “İşçi Masa”sının digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs edilmişdilər.
A.Məmmədov bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
"Meydan TV işi": Ramin Deko barəsində həbs qərarı vermiş sabiq hakimin ona vəkillik etməsini istəyib
Foto: Meydan TV
Foto: sosial media
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb