Foto: AP
İsrail ordusu Qəzza zolağına yaxınlaşan, “Azadlıq Donanması Koalisiyası” adlı qrupun olduğu gəmini saxlayıb və 12 qrup üzvünü həbs edib.
Onların arasında isveçli iqlim fəalı Qreta Tunberq və fransız-fələstinli Avropa Parlamenti üzvü Rima Həsən də var.
“Gəmi təhlükəsiz şəkildə İsrail sahillərinə doğru irəliləyir. Sərnişinlərin öz vətənlərinə qayıtması gözlənilir,” – İsrail Xarici İşlər Nazirliyi iyunun 9-da “X”-də paylaşımda deyib.
Aktivistlərin İsrailin Aşdod limanına aparıldığı bildirilir. İsrail müdafiə naziri İsrail Kats “X” səhifəsində yazıb ki, o, aktivistlərə HƏMAS qruplaşmasının 2023-cü il oktyabrın 7-də İsrailə hücumlarını əks etdirən videoları göstərməyi tapşırıb.
“Azadlıq Donanması Koalisiyası” gəmidəki üzvlərin saxlanılmazdan əvvəl çəkdiyi videoları paylaşıb.
“Əgər bu videonu görürsünüzsə, deməli biz beynəlxalq sularda İsrail işğalçı qüvvələri və ya İsraili dəstəkləyən qüvvələr tərəfindən tutulmuş və qaçırılmışıq,” – Tunberq videosunda deyib.
İsrailin Xarici İşlər Nazirliyi qrupu “selfi yaxtası” adlandırıb və onların “media təxribatı təşkil etməyə cəhd etdiyini” bildirib.
HƏMAS qruplaşması aktivistlərin həbslərini qınayıb və bunun “beynəlxalq hüququn açıq şəkildə pozulması və humanitar niyyətlərlə hərəkət edən mülki könüllülərə qarşı hücum” olduğunu deyib.
“Azadlıq Donanması Koalisiyası”nın 12 üzvünün olduğu Madleen gəmisi 1 həftə əvvəl İtaliyanın Kataniya limanından yola çıxmışdı və İsrail blokadası altında olan Qəzza əhalisinə humanitar ehtiyaclar çatdırmağı planlayırdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Ramiz Mehdiyev işi”: DTX-nin videosunda ittiham olunan müxaliflər iddialara necə cavab verdi?
Foto/kollaj: Toplum TV
Foto: Armenpress
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb