Siyasət

İsrail "Hizbullah" liderini öldürüb

24 Noyabr, 2025
95

Foto: AFP

İsrail ordusu Livanın cənubuna nəzarət edən "Hizbullah" təşkilatının ən yüksək rütbəli hərbi rəsmisini öldürüb. 

Ordunun açıqlamasında bildirilir ki, noyabrın 23-də Beyrutun cənubuna endirilən hava zərbəsi nəticəsində "Hizbullah"ın baş qərargah rəisi səlahiyyətlərini icra edən Əli Təbtəbai öldürülüb. 

“Hizbullah" açıqlamasında Təbtəbainin ölümünü təsdiqləyib və onu "böyük cihadçı komandir" kimi yad edərək bildirib ki, o, "bərəkətli ömrünün son anına qədər düşmən İsrailə qarşı mübarizə aparıb." 

“İsrailin hücumu qırmızı xətti keçdi", - deyə "Hizbullah" rəsmisi Mahmud Qmati təşkilatın dayağı olan Haret Hreyk qəsəbəsində bombalanmış binanın yaxınlığında dayanaraq bildirib.

O əlavə edib ki, "Hizbullah" rəhbərliyi buna necə və hansı şəkildə cavab verəcəyinə qərar verəcək. 

Livanın Səhiyyə Nazirliyi bildirib ki, hücum nəticəsində beş nəfər həlak olub, daha 28 nəfər isə yaralanıb. Zərbə nəticəsində çoxmərtəbəli binanın qalıqları aşağıdakı əsas yolun üzərindəki avtomobillərin üstünə tökülüb. 

ABŞ 2016-cı ildə Təbtəbaiyə sanksiyalar tətbiq edib, onu "Hizbullah"ın əsas liderlərindən biri kimi müəyyənləşdirib və onun barəsində məlumat qarşılığında 5 milyon dollara qədər mükafat vəd edib.

İsrail ordusunun açıqlamasında bildirilib ki, Təbtəbai ""Hizbullah"ın əksər bölmələrinə rəhbərlik edirdi və onları İsraillə müharibəyə hazırlıq vəziyyətinə gətirmək üçün çox çalışırdı". 

2024-cü ilin noyabrında ABŞ-nin vasitəsilə "Hizbullah" ilə İsrail arasında bir illik döyüşlərdən sona atəşkəs əldə olunması nəzərdə tutulmuşdu. 

Lakin atəşkəsə baхmayaraq İsrail demək olar ki, hər gün Livana hücumlar edir. İsrail tərəfinin iddiasına görə, bu hücumlar "Hizbullah"ın silah anbarlarını və döyüşçülərini hədəf alır. Son həftələrdə isə bu hücumların miqyası artırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo