Foto: Georgia Today
Gürcüstan baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentini oktyabrın 4-də Tbilisidə baş tutmuş, özünün "çevrilişə cəhd" adlandırdığı etirazı qınamağa çağırıb.
O, oktyabrın 8-də brifinqdə deyib ki, ABŞ bunu etməklə ölkəsində çevriliş etmək kimi maraqlarının olmadığını sübut etməlidir.
Kobaxidzenin sözlərinə görə, ABŞ həm də sübut etməlidir ki, “dərin dövlət”in təsiri altında deyil, Amerika xalqının obyektiv maraqlarına uyğun şəkildə hərəkət edir.
ABŞ Dövlət Departamenti isə oktyabrın 7-də təsdiqləyib ki, Gürcüstanın ABŞ-dəki səfiri Tamar Taliaşvili Tailanddakı ABŞ səfirliyi vasitəsilə Gürcüstanda “radikalları maliyyələşdirmək” ittihamları ilə bağlı çağırılıb. Bundan əvvəl Kobaxidze səfirin çağırılması barədə xəbərləri “yalan” adlandırmışdı.
Dövlət Departamenti "Netgazeti"-yə verdiyi yazılı açıqlamada bildirib ki, səfirin ilkin çağırılması Gürcüstan hökumət rəsmilərinin “ABŞ hökumətinin keçmiş əməkdaşlara etdiyi adi maliyyə köçürmələrini təhrif edən bəyanatları” ilə bağlı olub.
“İzah tələb etmək əvəzinə, Gürcüstan hökumətinin yüksək vəzifəli rəsmiləri media tərəfindən yayılan bu yalan məlumatı dövriyyəyə buraxmağı üstün tutdular və bununla da ABŞ səfirliyinin keçmiş və hazırkı əməkdaşları üçün təzyiq və qorxu mühiti yaratdılar”, – Dövlət Departamenti bildirib.
Departament əlavə edib ki, Tailanddakı ABŞ səfirliyi vasitəsilə vəsaitlərin bölüşdürülməsi “adi, şəffaf” xarakter daşıyır və “ABŞ-nin və ev sahibi ölkənin qanun və qaydalarına tam uyğun şəkildə həyata keçirilir”.
Oktyabrın əvvəlində Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze iddia etmişdi ki, Tailanddakı ABŞ səfirliyinin “Gürcüstanda anti-Çin məqsədləri üçün maliyyələşdirilən şəxsləri var”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”
azernews.az
Toplum TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"