Siyasət

PKK qüvvələrini Türkiyədən İraqa çəkdiyini açıqlayıb 

27 Oktyabr, 2025
208

Foto: AP

Kürdistan Fəhlə Partiyası  (PKK) oktyabrın 26-da öz döyüşçülərini Türkiyədən İraqa doğru  geri çəkdiyini açıqlayıb. 

İraqın şimalında verilən bu bəyanat bir neçə ay əvvəl keçirilmiş simvolik silah qoyma mərasimindən sonra səsləndirilib. Həmin mərasimdə təşkilatın bir qrup döyüşçüsü sülh prosesinə sadiqliyini göstərmək məqsədilə silahlarını təhvil verməyə başlamışdı.

Mətbuat konfransında partiyanın üzvü Sabri Ok bildirib ki, Türkiyədəki bütün PKK qüvvələri “toqquşmaların və ya təxribatların qarşısını almaq məqsədilə” İraqın şimalındakı ərazilərə geri çəkilir.

Türkcə oxunan bəyanatda Sabri Ok bildirib ki, bu addım Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalanın razılığı ilə atılıb. PKK-nın qadın qanadının üzvü Vejin Dərsim bəyanatı kürdcə oxuyub.

“Bundan əlavə, sərhəd boyunca toqquşma və mümkün təxribat riski daşıyan mövqelərlə bağlı da oxşar tənzimləyici tədbirlər görülür", - Ok qeyd edib.

Bəyanatda, həmçinin, Türkiyənin hüquqi və siyasi güzəştlərə getməsi ilə bağlı çağırış da yer alıb.

“12-ci qurultayın qərarlarını yerinə yetirməyə sadiq olduğumuz və onların icrasında qətiyyətli olduğumuz açıq-aşkar bəllidir. Lakin bu qərarların həyata keçirilməsi üçün müəyyən hüquqi və siyasi yanaşmaların qəbul edilməsi vacibdir", - deyə qeyd olunub. 

Türkiyədən yeni geri çağırılmış döyüşçülərdən ibarət 25 nəfərlik bir qrup da mətbuat konfransında iştirak edib.

PKK may ayında qırx ildir davam edən silahlı mübarizəyə son qoyaraq özünü buraxdığını və silahlı münaqişədən imtina etdiyini elan edib.

Bu qərar 1999-cu ildən İstanbula yaxın adada həbsdə olan Öcalanın fevral ayında təşkilata qurultay çağırışı edib, onun formal şəkildə buraxılması və silahların təhvil verilməsini istəməsindən sonra verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo