Siyasət

Prezident “böyük maliyyə tutumlu” dövlət proqramının hazırlanmasından danışıb

 

28 Yanvar, 2025
37

Azərtac

Yanvarın 28-də Prezident İlham Əliyevin iştirakı ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. 

Dövlət başçısı son illər infrastruktur layihələri icra edilməsinə baxmayaraq, yenə də Bakı şəhərində tıxac müşahidə olunduğunu bildirib. 

“Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır”, Əliyev deyib və bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair göstərişlər verdiyini qeyd edib.

Prezident yeni 10 metro stansiyasının tikintisinin nəzərdə tutulduğunu və 266 yeni nəsil metro vaqonu alındığını açıqlayıb. 

O, Bakı şəhəri və ətrafında yerləşən ərazilərlə bağlı yeni dövlət proqramının qəbul edilməsinin zəruri olduğunu söyləyib. Əliyev bu proqramın böyük maliyyə tutumlu və aidiyyəti qurumların birgə fəaliyyətini tələb edən proqram olacağını qeyd edib.

Prezidentin sözlərinə görə, son 20 ildə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib; 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. 

Azərbaycanda Əliyev hakimiyyəti dövründə yol infrasturkturunun yenidən qurulmasına böyük vəsaitlər ayrılsa da, mütəxəssislər bu tikintinin dövlət büdcəsinə çox baha başa gəldiyini, onun korrupsiya yeminə çevrildiyini, ayrı-ayrı yüksək vəzifəli məmurların cibinə getdiyini deyirlər. Yeni yolların keyfiyyəti isə həmişə müzakirə mövzusudur. Təkcə ötən ilin payızında Bakıda inşa edilən tunellər normadan artıq yağış yağan kimi yararsız hala düşdü, hətta su ilə dolduğundan iki insanın həyatına son qoydu. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Xeyli pozuntu, az seçici ilə müşahidə olunan səsvermə bitdi (YENİLƏNİB)

29 Yanvar 2025

MSK

Bələdiyyə seçkilərində səsvermə az öncə - saat 19-da başa çatıb. Saat 17-yə olan rəsmi məlumata görə, seçicilərin 28,77%-i, 1 milyon 715 min 291 nəfər səs verib. Bakıdakı seçki məntəqələrində prosesi müşahidə edənlər səs verməyə çox az adamın gəldiyini bildiriblər. Onların sözlərinə görə, bu, seçicilərin sayının ən az olduğu seçkilər olub. İlkin nəticələrin bu axşam açıqlanacağı gözlənilir.  Bu seçkilərdə ötən seçkilərdə olduğu kimi pozuntular - xüsusən də “karusel əməliyyatı”, bülletenlərin seçki qutularına topa halda atılması müaşhidə edilib. Bunların bəzisi müşahidəçilər, bəzisi KİV-lər tərəfindən qeydə alınıb, bəzisini də elə MSK-nın quraşdırdığı veb-kameralar vasitəsilə izləmək mümkün olub.   **** 70 saylı Neftçala Seçki Dairəsi,...
Siyasət

Müşahidəçi ölümlə hədələndiyini bildirir 

29 Yanvar 2025

Toplum TV

İctimai fəal Əhməd Məmmədli bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermənin monitorinqi zamanı təhdid və təzyiqə məruz qaldığını bildirir. Əhməd Məmmədli bu barədə “Facebook“ hesabında paylaşım edib. O bunun Bakıdakı 35 saylı məktəbdə yerləşən Nəsimi-Səbail seçki dairəsinin 32 saylı seçki məntəqəsində baş verdiyini deyir.  Fəalın sözlərinə görə, o, yeni saxtalaşdırma metodu müşahidə edib: "Əvvəllər müxtəlif məntəqələrdə dəfələrlə səs verənlər (karusel) seçki məntəqələrinə dəstə-dəstə daxil olurdularsa, indi tək-tək daxil olurlar. Seçki məntəqələrinin yaxınlığında "koordinatorlar" onları qarşılayır. Onlar bu şəxslərə necə davranmalı olduqları - tək-tək daxil olmaları və bir-birilə ünsiyyətdə olmamaları barədə təlimat verirlər". Məmmədli həm bu prosesin, həm də digər pozuntuların...

Seçilmiş Videolar

Toplum TV loqo