Siyasət

Putin Sahibə Qafarovaya “Dostluq” ordeni verib

11 Mart, 2025
39

Toplum TV/kollaj

Rusiya Prezidenti Vladimir Putin Milli Məclisin sədri Sahibə Qafarovaya “Dostluq” ordeni verib.

Bu barədə fərman Rusiyanın hüquqi aktların rəsmi portalında dərc olunub. 

Sahibə Qafarova “Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə” bu ordenlə təltif olunub. 

Sahibə Qafarova Milli Məclisin IV, V və VI çağırış deputatıdır və 2020-ci ildən parlamentə sədrlik edir. O, həmçinin MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir. 

Qafarovanın Rusiya prezidenti tərəfindən ordenlə təltif edilməsi Azərbaycan-Rusiya münasibətlərinin son dönəmlərdə gərginləşməsinə təsadüf edir. 

Belə ki, Azərbaycan prezidenti ötən ilin sonunda Bakı-Qroznı reysi ilə uçan və Aktauda qəzaya uğrayan AZAL təyyarəsinə görə Rusiyanı günahlandırıb. 

O bildirib ki, qəzaya görə Rusiya tərəfi məsul şəxsləri cəzalandırmalı və qurbanların ailələrinə kompensasiya ödəməlidir. Sərnişin təyyarəsinin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Avropa Azərbaycan qazına ehtiyac duyur” - İlham Əliyev

11 Mart 2025

Toplum TV

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycandan qaz alan 12 ölkədən 10-u Avropa ölkəsidir. “Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir”. İlham Əliyev bu sözləri Şimali Makedoniyalı həmkarı ilə mətbuata bəyanatında deyib. O bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur:  ”Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür”. Ötən ilin noybrında Bakıda keçirilən Cop29 iqlim konfransı ərəfəsində Avropa Parlamentinin sosialistlərdən və demokratlardan ibarət qrupu repressiyalara görə Aİ-dan Azərbaycan qazından imtina etməyi tələb ediblər. Onlar ölkədəki siyasi məhbus...
Siyasət

ABŞ təyyarə motoru hissələrinin Azərbaycana satışını qadağan etməyə hazırlaşır

11 Mart 2025

Toplum TV

ABŞ Konqresinin Azərbaycana təyyarə motoru hissələrinin satışını qadağan edəcək qanun layihəsini oxunuşa çıxaracağı bildirilir.  Bu barədə Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Ələkbər Raufoğlu "X" səhifəsində adını çəkmədiyi mənbələrə əsasən məlumat verib.  Jurnalist bildirib ki, “Azərbaycan Təyyarə Mühərrikinin İxracına Məhdudiyyətlər Aktı” adlanacaq qanun layihəsi həm Respublikaçı, həm Demokrat olan qanunvericilər tərəfindən hazırlanıb. Akt Azərbaycan hakimiyyətindən iqtisadçı Qubad İbadoğlunun azad edilməsini tələb edir.  Qanun qəbul ediləcəyi təqdirdə ABŞ Dövlət katibi Marko Rubio Konqresin aiddiyatı komitələrinə İbadoğlunun saxlanılma statusu və onun azad edilməsi üçün ABŞ-ın diplomatik səyləri barədə hesabat təqdim etməlidir. Hesabat, həmçinin, Azərbaycanın üçüncü tərəflərin köməyi ilə qadağadan yan keçmək cəhdlərini əks etdirməlidir. ...

Seçilmiş Videolar

Toplum TV loqo