Faiq Əmirli/şəxsi arxiv
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) AXCP üzvü, “Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirliyə qarşı qanun pozuntusunu tanıyıb.
Vəkil Aqil Layıcın yaydığı məlumata görə, AİHM hesab edib ki, onun həbsi əsassız olub.
Qərara görə, Azərbaycan hökuməti Əmirliyə 7500 avro mənəvi təzminat ödəməlidir.
AİHM-nin qərarına Azərbaycanın hökumət rəsmilərindən münasibət almaq mümkün olmayıb.
Faiq Əmirli 2016-cı ilin avqustunda saxlanmışdı. O, əvvəlcə Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham olunurdu.
Daha sonra Faiq Əmirliyə yeni ağır ittiham irəli sürülmüşdü. Ancaq ona verilmiş bəzi ittiham məhkəmə öncəsi götürülmüşdü.
Faiq Əmirli yekun olaraq 3 il 3 ay həbs cəzası alıb.Daha sonra Faiq Əmirliyə münasibətdə şərti məhkumetmə maddəsi tətbiq olunub. Səbail Rayon Məhkəməsinin hökmü ilə ona verilmiş 3 il 3 aylıq həbs cəzasının 2 il 2 ay beş günü şərti hesab olunub. Faiq Əmirli 2017-ci il sentyabrın 15-də azadlığa çıxıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Sevinc Vaqifqızı: “21 illik hakimiyyəti dövründə heç vaxt gəlirlərini bəyan etməyən Əliyev 23 jurnalisti gömrüyə bəyan etmədən pul keçirməkdə ittiham edir”
açıq mənbədən götürülüb
Aytac Tapdıq/şəxsi arxiv
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb