Siyasət

“Avropa Azərbaycan qazına ehtiyac duyur” - İlham Əliyev

11 Mart, 2025
275

Toplum TV

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycandan qaz alan 12 ölkədən 10-u Avropa ölkəsidir.

“Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir”.

İlham Əliyev bu sözləri Şimali Makedoniyalı həmkarı ilə mətbuata bəyanatında deyib.

O bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur: 

”Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür”.

Ötən ilin noybrında Bakıda keçirilən Cop29 iqlim konfransı ərəfəsində Avropa Parlamentinin sosialistlərdən və demokratlardan ibarət qrupu repressiyalara görə Aİ-dan Azərbaycan qazından imtina etməyi tələb ediblər.

Onlar ölkədəki siyasi məhbus mövzusuna diqqət çəkərək Azərbaycanı iqtisadçı alim Qubad İbadoğlu və digər siyasi məhbuslara qarşı cinayət işinə xitam verməyə çağırıblar.

2022-ci ilin iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Prezident Əliyev Azərbaycandan qaz ixracını iki dəfədən çox artırmaq haqqında anlaşma memorandumu imzalayıblar.

İmzalanma mərasimindən sonra Ursula fon der Leyen Aİ-nın Azərbaycana investisiyalarını iri şəkildə artıracaq əhatəli ikitərəfli saziş üzrə danışıqlara toxunub.

O, özü səfəri ərzində vətəndaş cəmiyyəti təşkilatları ilə görüşmədən, “vətəndaş cəmiyyətinin, azad və müstəqil medianın daha çox cəlb olunmasının” investorların inamı üçün vacibliyini qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Beş ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina edəcəyini deyir 

16 Sentyabr 2025

Foto: Getty Images

İspaniya İsrailin iştirak edəcəyi təqdirdə gələn il keçiriləcək "Avroviziya" mahnı müsabiqəsini boykot edəcək.  Bununla İspaniya İsrailin iştirakına görə müsabiqədən geri çəkiləcəyini bildirən beşinci ölkə olub.  Daha əvvəl Hollandiya, İrlandiya, Sloveniya və İslandiya da analoji qərarlarını açıqlayıb.  İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb edən ölkələr siyahısının böyüməsi müsabiqəni təşkil edən Avropa Yayım Birliyinə (AYB) təzyiqi artırıb.  "Avroviziya" mahnı müsabiqəsinin Nəzarət Qrupu bildirib ki, İsrailin iştirakına dair qərar hələ verilməyib və onlar “bir neçə ölkə tərəfindən ifadə olunan narahatlıqları nəzərə alıblar."  İspaniyanın dövlət televiziyası RTVE bu qərarı sentyabrın 16-da keçirilən idarə heyəti səsverməsindən sonra elan edib. Televiziya prezidenti Xose Pablo Lopesin təqdim etdiyi təklif...
Siyasət

BMT-nin ali istintaq orqanı İsrailin soyqırımı törətdiyini deyir 

16 Sentyabr 2025

Foto: Getty Images

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin və İsrail üzrə ali istintaq orqanı sentyabrın 16-da açıqladığı qərarda İsrailin Qəzzada soyqırımı törətdiyini bildirib.  BMT istintaq komissiyasının 72 səhifəlik hesabatında göstərilir ki, İsrail 1948-ci ildə qəbul olunmuş Soyqırımı haqqında Konvensiyada qadağan olunan beş əməldən dördünü törədib.  Bu əməllərə "bir qrupun üzvlərini öldürmək", "onlara ciddi fiziki və psixoloji zərər vermək", "həyat səviyyəsini qrupun məhv olacağı şəkildə çətinləşdirmək", "doğumların qarşısını almaq" daxildir.  Rəyə əsasən, İsrail rəhbərləri Qəzzadakı fələstinliləri bir qrup kimi məhv etmək niyyətində olublar. Son bir il ərzində fələstinli, israilli və beynəlxalq hüquq müdafiə təşkilatları da eyni qənaətə gəliblər.  Lakin bu, BMT qurumu tərəfindən aparılan...

Seçilmiş Videolar

Toplum TV loqo