Məhkəmə

Aytac Tapdıq Avropa Məkəməsini udub

11 Mart, 2025
43

Aytac Tapdıq/şəxsi arxiv

Azərbaycan hökuməti hazırda həbsdə olan jurnalist Aytac Tapdığa 5500 avro dəyərində təzminat ödəməlidir. 

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) jurnalistin 2015-ci ilə aid olan şikayəti üzrə onun xeyrinə qərar verib. 

Şikayətə əsasən, 2015-ci ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Aytac Tapdığın yaşadığı evdə məhkəmə qərarı olmadan axtarış həyata keçiriblər və onun şəxsi noutbukunu götürüblər. 

Tapdıq məhkəməyə bildirib ki, həmin ilin sentyabrından etibarən “Facebook” sosial şəbəkəsində müxtəlif saxta hesablarda onun şəxsi həyatına dair foto və video materiallar yayılıb. 

Jurnalist Avropa İnsan Haqları Konvensiyasına əsaslanaraq onun ədalətli məhkəmə, şəxsi həyata hörmət və özünüifadə azadlığı hüquqlarının pozulduğunu irəli sürüb. 

O, həmçinin bildirib ki, hakimiyyət orqanları onun şikayətlərini araşdırmamaqla “effektiv çarə almaq” hüququnu da tapdalayıblar. 

AİHM Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət) maddəsinin pozulduğunu tanıyıb. 

Aytac Tapdıq ötən ilin dekabrında “Meydan TV işi” üzrə həbs edilib. 

Onunla yanaşı bu iş üzrə Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Aytac Umudova, Natiq Cavadlı, Xəyalə Ağayeva, Ramin Deko, Nurlan Libre, Fatimə Mövlamlı, Şəmşad Ağa və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da saxlanılıb. Onlar qaçaqmalçılıqda ittiham edilirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Sevinc Vaqifqızı: “21 illik hakimiyyəti dövründə heç vaxt gəlirlərini bəyan etməyən Əliyev 23 jurnalisti gömrüyə bəyan etmədən pul keçirməkdə ittiham edir”

11 Mart 2025

açıq mənbədən götürülüb

“Öz tənqidçilərini şərləmək üçün Ehtiyat Fondundan pul ayırır" AbzasMedia əməkdaşları Sevinc Vaqifqızı və Elnarə Qasımova bugünkü məhkəmə iclasında ifadə verib.  Sevinc Vaqifqızı ifadəsində bildirib ki, onun və həmkarlarının həbsinin əsl səbəbi doğruları yazmaqları olub:  “Hökumət televiziyaları Xan kəndinə qayıdır mahnısının sədaları altında adamları bihuş edəndə biz göstərirdik ki, bəli, Xan hər kəsdən əvvəl Qarabağa qayıdıb. Əkinə yararlı torpaqları ailəsi və məmurlar arasında bölüşdürüb. Məcburi köçkünlər ora qayıdanda artıq məmurlar orada böyük torpaq sahələrinin sahibinə çevrilmişdilər. Qarabağ veteranları isə ya pullarını vaxtında ala bilməyən ya da heç almayan fəhlələrə dönmüşdülər. “Şuşa məmurlar şəhəri yox, mədəniyyət şəhəri olacaq” deyən prezidentin təkcə Şuşanı yox,...
Məhkəmə

Bakıda plakat qaldıran fəal həbs olunub

11 Mart 2025

sosial media

Həbs edilmiş qadın jurnalistlərə dəstək üçün plakat qaldıran feminist fəal Rauf Heydərov 30 sutkalıq inzibati həbsə məhkum olunub.  Bu barədə feminist fəal Sənubər Heydərova məlumat yayıb.  Heydərovun vəkili Zibeydə Sadıqova Toplum TV-ə bildirib ki, fəal İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq maddələrilə ittiham olunub.  Rauf Heydərov martın 8-i Natavan heykəli önündə həbsdə olan qadın jurnalistlərin fotolarının əks olunduğu plakatla şəkil çəkdirmək istəyib, lakin mülki geyimli polislər tərəfindən saxlanılıb. O, eyni gündə sərbəst buraxılıb.  Martın 9-u isə Heydərov Cəfər Cabbarlı heykəli önündə plakatla...

Seçilmiş Videolar

Toplum TV loqo