"Amnesty International": 'Tofiq Yaqublunun dizində ağrılar var, o, dərhal azad olunmalıdır"
Sosial media
"Amnesty International" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə növbəti dəfə kampaniyaya başlayıb.
Kampaniya çərçivəsində təşkilat ictimaiyyəti Azərbaycan prezidenti İlham Əliyevə siyasətçinin azad edilməsi barədə müraciət ünvanlamağa çağırıb. Müraciət üçün şablon mətn hazırlanıb.
Təşkilat bildirir ki, həbsxanada T.Yaqublunun dizində ağrılar və şiş yaranıb və bu, onun yeriməsində çətinliyə səbəb olur.
"Tofiq Yaqublunun dizindəki şiş onun Kürdəxanıda istintaq təcridxanasında saxlanıldığı dövrdə sənədləşdirilmiş və o, bir neçə dəfə müayinədən keçmişdir. Əvvəlcə həbsxana əməkdaşları ona dizlikdən istifadə etməməyi tövsiyə etmişdilər. Lakin MRT müayinəsindən sonra həkim qəti şəkildə bildirib ki, dizlik mütləq istifadə olunmalıdır. Ağrılar o qədər şiddətlənib ki, o, artıq yerimək üçün dəstək vasitəsinə ehtiyac duyur. Ailəsi ona qoltuq ağacı çatdırmağa çalışsa da, həbsxana rəhbərliyi buna icazə verməyib və qoltuq ağacını ailəsinə geri qaytarıb. Dövlət öz nəzarəti altında olan bütün şəxslərin həyat və sağlamlığına görə məsuliyyət daşıyır. Bu məsuliyyətə ayrı-seçkilik olmadan, ödənişsiz və adekvat tibbi xidmətlərə çıxışın təmin edilməsi, həmçinin təcili hallarda dərhal tibbi yardım göstərilməsi daxildir", - Əliyevə ünvanlanan müraciət mətnində deyilir.
Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu ötən il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Özü isə ittihamları qurama sayır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Səməd Seyidov AŞPA qətnaməsi barədə: “Bu kağız parçasının bizim üçün heç bir əhəmiyyəti yoxdur”
Açıq mənbə
Toplum TV
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib