Səməd Seyidov AŞPA qətnaməsi barədə: “Bu kağız parçasının bizim üçün heç bir əhəmiyyəti yoxdur”
Açıq mənbə
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qətnaməsi qərəzli və birtərəflidir, bu kağız parçasının bizim üçün artıq heç bir əhəmiyyəti yoxdur."
Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
İyunun 24-də AŞPA-da Azərbaycan hökumətini tənqid edən qətnamə qəbul olunub.
Qətnamədə hökumətdən həbsdə olan jurnalistlərin dərhal azad edilməsi və onlara qarşı törədilmiş bütün cinayətlərin lazımi qaydada araşdırılması təcili şəkildə tələb edilir.
"Bu addımlar bir daha göstərir ki, həmin təşkilat nə dərəcədə birtərəfli, ikili standartlara xidmət edən və qeyri-obyektiv mövqedən çıxış edir. Onlar bu addımlarla Avropa institutlarını nüfuzdan salır, bununla da Avropanın gələcəyinə və cazibədarlığına zərbə vururlar. Ona görə də, bu kağız parçasının bizim üçün artıq heç bir əhəmiyyəti yoxdur. Çünki biz çoxdan bu təşkilata münasibətimizi bildirmişik və fəaliyyətimizi orada dayandırmışıq", - S.Seyidov əlavə edib.
Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı səsvermə hüququ 2024-cü ildə dayandırılıb. Qərar qurum tərəfindən Azərbaycanın insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəliklərin yetərincə yerinə yetirilmədiyi əsaslandırılması ilə qəbul olunub.
Bundan sonra rəsmi Bakı AŞPA ilə əməkdaşlığı dayandırdığını açıqlayıb. Eyni zamanda, həmin qərarı dəstəkləyən bir sıra deputatların Azərbaycana girişinə qadağa tətbiq edilib.
Bununla yanaşı, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, nümayəndə heyətinin səlahiyyətləri bərpa olunacağı təqdirdə, AŞPA ilə əməkdaşlığı davam etdirməyə hazırdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
"Amnesty International": 'Tofiq Yaqublunun dizində ağrılar var, o, dərhal azad olunmalıdır"
Sosial media
Toplum TV
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib