Toplum TV
Həbsdə olan inanclı fəal İlkin Bağırovun aclıq aksiyası keçirdiyi bildirilir.
Bu barədə jurnalist Arzu Abdulla iyunun 23-də məhbusun ailə üzvlərinə istinadən məlumat yayıb.
İ.Bağırovun üç gündür aclıq etdiyi və qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülmə qərarına etiraz etdiyi deyilir.
"Oğluma qarşı haqsızlıq bitmir ki, bitmir. Əvvəlcə 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürdülər. Köçürüldüyü gündən heç bir səbəb olmadan "kars"da (cərimə kamerası - red.) saxlanıldı. Qapalı tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi ilə bağlı məhkəmə təyin edildiyi üçün 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Məhkəmə 21 iyuna təyin edilmişdi. Məhkəməni İlkinin şəxsi işi itib deyə təxirə saldılar. Heç bir səbəb göstərilmədən, asayişi pozmaq bəhanəsi ilə yenidən məhkəmə qurub təcridxanadan birbaşa ciddi rejimə, Umbakıya göndərmək istəyirlər. Axı heç bir səbəb yoxdur. Bu düşmən münasibətin səbəbi nədir?", - məhbusun anası Xuraman Bağırova deyib.
İlkin Bağırov 2023-cü ilin mayında Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı ilə saxlanılıb. O və onunla birlikdə saxlanılan bir qrup fəal Azərbaycanda "Kərimə dövləti" yaratmaq cəhdində ittiham olunub.
Ötən il iyunun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində İ.Bağırova 16 il həbs cəzası verilib. Digər şəxslər də 10 ildən 17 ilə qədər müddətə həbs cəzaları alıblar.
Cinayət işində iddia olunur ki, qrup İranda yaşayan Ruhulla Axundzadə adlı şəxs tərəfindən Azərbaycanda “Kərimə” adlı, şəriət qanunları ilə idarə ediləcək dini dövlət qurulması məqsədilə yaradılıb və Axundzadə qrup üzvlərinə “Telegram” messenceri üzərindən tapşırıqlar verib.
Sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”-nin rəhbəri Mirşahin Ağayev cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.
Təqsirləndirilən şəxslər isə ittihamları rədd edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Ramil Babayev ədliyyə nazirinə: “Təcridxananın rəis müavininin qanundan kənara çıxmasının qarşısını alın”
Toplum TV
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib