Reuters: Putin Rusiyanın Krım üzərində suverenliyinin tanınmasını istəyib
Foto: Getty Images
“Reuters” agentliyi mənbələrinə istinadən Rusiya tərəfindən Ukrayna müharibəsini dayandırmaq üçün irəli sürülmüş təklifin detallarını açıqlayıb.
Xəbərə əsasən, təklif Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla avqustun 15-də Alyaska ştatındakı görüşündə irəli sürülüb.
Mənbələrin bildirdiyinə görə, təklifdə Ukraynanın Donetsk və Luqansk bölgələrindən tamamilə geri çəkilməsi, bunun müqabilində isə Rusiyanın Xerson və Zaporojye bölgələrində cəbhə xəttini dondurması nəzərdə tutulub.
Ukrayna razılaşacağı halda, Rusiyanın həm də hazırda işğal altında saxladığı Ukraynanın Sumı və Xarkov bölgələrindəki nisbətən kiçik əraziləri geri qaytarmağa hazır olduğu bildirilir.
Ukraynanın “Deep State” döyüş xəritələşdirmə layihəsinə əsasən, Rusiya Sumı və Xarkov bölgələrində ümumilikdə təxminən 440 kvadrat kilometr ərazini nəzarətdə saxlayır. Donetsk və Luqansk bölgələrindən ibarət olan və Rusiya tərəfindən iddia edilən Donbasın isə təxminən 6,600 kvadrat kilometrinə Ukrayna nəzarət edir.
Mənbələrin dediyinə görə, Rusiya lideri, həmçinin, 2014-cü ildə ilhaq etdiyi Krım üzərində Rusiya suverenliyinin rəsmi şəkildə tanınmasını istəyir. Bunun ABŞ hökuməti tərəfindən, yoxsa bütün Qərb dövlətləri və Ukrayna tərəfindən tanınmasının nəzərdə tutulduğu aydın deyil.
Onların sözlərinə görə, Putin, habelə, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların heç olmasa bir qisminin aradan qaldırılmasını gözləyir.
Alyaska görüşündə Ukraynada atəşkəslə bağlı razılığa gəlinməyib. Lakin tərəflər xeyli məsələdə razılaşdıqlarını və danışıqları davam etdirməkdə maraqlı olduqlarını deyiblər.
Avqustun 18-də Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfər edəcəyi və Trampla görüşəcəyi gözlənilir. Rəsmi məlumata görə, ona NATO baş katibi Mark Rutte və bir sıra Avropa ölkələri liderləri də qoşulacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”
azernews.az
Toplum TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"