Siyasət

Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub

10 Fevral, 2025
99

açıq mənbədən götürülüb

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deputatın Azərbaycan əleyhinə fikirləri bağlı yerli medianın sualına cavabında deyib.

O bildirib ki, N.Valuyevin işlətdiyi təhqiramiz ifadələr, təhdid xarakterli fikirlər tamamilə qəbuledilməzdir:

“Onun adı Azərbaycana girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib.

Bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Bundan əvvəl Konstantin Zatulin və Vitaliy Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib”.

Nikolay Valuyev Rusiyadakı Azərbaycan diasporunun bağlanması,  əməkdaşların iş hüququndan məhrum edilməsi və onların hərbi xidmətə göndərilməsi, o cümlədən, Azərbaycanla viza rejiminin tətbiqi ilə bağlı çağırışla çıxış edib.

Bütün bunlar Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulması iddialarından sonraki gərginlik fonunda rəsmi Bakınıın “Rus evi”ni bağlamaqla bağlı tələblərindən sonra baş verib.

Deputat deyib ki, Moskvanın cavabı adekvat olmalıdır, çünki Azərbaycan yenidən Rusiyanın  “xeyirxahlığından sui-istifadə edir”.

Yanvarın 24-də hakimiyyətyönlü “Baku TV” telekanalı Bakıda yerləşən “Rus Evi” mədəniyyət mərkəzilə bağlı reportaj yayımlayıb.

“Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi” adlı süjetdə bu qurumun fəaliyyətilə bağlı bir sıra iddialar səsləndirilib.

Buna cavab olaraq qurum kanalı yalan və böhtana görə məhkəməyə verəcəyini bəyan edib. 

Bir neçə gün sonra Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici işlər nazirinin müavini Mixail Qaluzin Mustafayevə bildirib ki, son vaxtlar Azərbaycan mətbuatında Rusiya əleyhinə ardıcıl yazılar, eləcə də “Rus Evi”nə qarşı dezinformasiya kampaniyası onu təəccübləndirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Məhkəmə jurnalistin şikayətini icraata götürməyib

11 Fevral 2025

Ülviyyə Əli/şəxsi arxiv

“Meydan TV işi”nə görə ölkədən çıxışına qadağa qoyulan “Amerikanın Səsi”nin jurnalisti Ülviyyə Əlinin (Quliyeva) şikayəti Xətai Rayon Məhkəməsi tərəfindən icraata götürülməyib. Bu barədə jurnalist özü məlumat yayıb. “Məhkəmə işə mahiyyəti üzrə baxmaqdan imtina etdi. Bu da o deməkdir ki, sərbəst hərəkət hüququmdan əlavə, mənim məhkəməyə çatımlılıq hüququm da pozulur”, Ü.Əli qeyd edib. Jurnalist qərarda apellyasiya şikayəti verəcəyini bildirib. “Əslində, məhkəmə işi icraata götürüb şikayətimə mahiyyəti üzrə baxmalıdır və qərar qəbul etməlidir ki, mənim ölkədən çıxışıma qoyulan qadağa qanunsuzdur. Mən işdə şahidəm və Miqrasiya Qanununun 9-cu maddəsinə görə şahidin ölkədən çıxışına qadağa qoyula bilməz, ancaq təqsirləndirilən şəxs barəsində belə bir qadağa...
Siyasət

“Abzas Media”nın həbsdə olan əməkdaşları məhkəmədə iştirakdan imtina ediblər

11 Fevral 2025

Abzas Media

 “Abzas Media”nın həbsdə olan əməkdaşları fevralın 11-nə təyin edilən məhkəmə prosesində iştirakdan imtina ediblər.  Onlar buna səbəb kimi saxlandıqları 1 saylı Bakı İstintaq Təcrdxanasında onlara qarşı zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərin məhkəmə tərəfindən araşdırılmamasını göstəriblər. “Abzasçılar”ın bu gün yaydığı bəyanatda zorakılıq törətdiyi iddia edilən təcridxana əməkdaşlarının hələ də cəzalandırılmadığı deyilir: “Bu, o deməkdir ki, bizə qarşı belə davranışın göstərilməsini hökumət sifariş edir. Səbəb də təcridxanada baş verən qanunsuzluqları ictimailəşdirməyimizdir. Biz heç bir halda qanunsuzluqlara göz yummayacağıq”. “Abzasçılar” dəfələrlə təcridxanada baş verən çoxsaylı qanun pozuntuları və onlara qarşı fiziki, psixoloji zorakılıq törədilməsi barədə məlumat yayıblar. Ötən ilin noyabrında nəşrin qadın...

Seçilmiş Videolar

Toplum TV loqo