Siyasət

Saakaşvili: “Necə oldu ki, Azərbaycan həmyerlilərini  öz ərazisinə buraxmamaq üçün sərhədi bağlamağa məcbur qaldı?”

9 Mart, 2026
258

Foto: açıq mənbə

Gürcüstanda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili əsasən azərbaycanlıların yaşadığı Marneuli rayonunda bir qrup şəxsin İrana dəstək aksiyası keçirməsinə münasibət bildirib. 

Saakaşvilinin “Facebook” səhifəsində ictimailəşdirilən mesajda o, bunu Gürcüstanın “mövcudluğuna təhdid” adlandırıb. 

“Necə oldu ki, azərbaycanlı əhalimizin xeyli hissəsi İranın adamyeyən rejiminin tərəfdarına çevrildi? Necə oldu ki, Marneulidə gənclər [İranın keçmiş ali lideri Seyid Əli] Xameneinin portreti ilə gəzirlər? Yaxud necə oldu ki, bizim azərbaycanlılar İranın terrorçu xüsusi xidmət orqanları tərəfindən bu qədər asanlıqla ələ alındılar? Necə o həddə çatdıq ki, Azərbaycan məhz buna görə öz ərazisinə bizim azərbaycanlı həmvətənlərimizi buraxmamaq üçün Gürcüstanla sərhədi bağlamağa məcbur oldu? Fikir verin – Azərbaycan azərbaycanlıları buraxmır”, - o qeyd edib. 

Saakaşvili daha sonra prezidentliyindən əvvəlki dövrdə azərbaycanlıların Gürcüstanda “təcrid olunmuş şəkildə” yaşadığını, hakimiyyətə gəldikdən sonra isə onların Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün siyasət yürüdüldüyünü yazıb. 

“Bundan sonra əvvəllər yalnız Azərbaycana oxumağa gedən azərbaycanlı gənclər Gürcüstanda qalmağa başladılar. Bundan əlavə, biz azərbaycanlıların dövlət qurumlarında irəli çəkilməsinə başladıq. Bu kifayət idi? Yəqin ki, yox. Amma ümumilikdə doğru istiqamətdə hərəkət etməyə başlamışdıq. Bəs “koçların” [hakimiyyətdə olan “Gürcü Arzusu” partiyasına qarşı işlədilən təhqiramiz söz - red.] hakimiyyəti dövründə nə baş verdi? Korrupsiya və açıq reketçilik geri qayıtdı. Ən əsası isə İrandan gələn islamçılar və İranın kəşfiyyat xidmətləri gücləndi”, - deyə o iddia edib. 

Keçmiş prezident bu ayın əvvəlində Yunanıstan polisinin Gürcüstan vətəndaşı olan azərbaycanlını İrana işləmək şübhəsi ilə həbs etdiyini xatırladıb. 

“Gürcüstan hakimiyyəti gənclər üçün gələcək adına heç nə təklif etmir. Gürcülər buna etirazla və ya xaricə köçməklə cavab verirlərsə, azərbaycanlılar təsəllini İranın radikal şiəliyində tapırlar. Nəticə son dərəcə acınacaqlıdır. Biz çox təhlükəli etnik münaqişəyə yaxınlaşırıq. Rusiyanın bizə zorla qəbul etdirdiyi dövlətin dağıdılmasının nəticəsi budur”, - o əlavə edib. 

Azərbaycan prezidenti İlham Əliyev də əvvəllər çıxışlarında ölkənin quru sərhədlərinin milli təhlükəsizlik səbəbi ilə bağlı saxlanıldığını deyib, lakin konkret hansı təhlükənin olmasını açıqlamayıb. 

2012-ci ildən hakimiyyətdə olan "Gürcü Arzusu" partiyasının dövründə Saakaşviliyə qarşı ümumilikdə altı cinayət işi açılıb. Ona qarşı ittihamlar arasında səlahiyyətdən sui-istifadə və dövlət vəsaitlərini mənimsəmə var. 

Ölkədə olmadığı müddətdə barəsində qiyabi hökmlər çıxarılan Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana gizli qayıdışından sonra saxlanılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo