Siyasət

Saakaşvili Zelenskiyə müraciət edib: "Məni ukraynalı əsir kimi tanıyın" 

14 Noyabr, 2025
203

Foto: sosial media

Həbsdə olan keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvili Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edib. 

Saakaşvili özünün Rusiya-Ukrayna müharibəsində əsir düşən mülkilər siyahısına daxil edilməsini və mümkün olduqda dəyişdirilməsini xahiş edib.

O, Ukrayna vətəndaşı olduğunu və vaxtilə Zelenskinin rəhbərlik etdiyi Milli İslahatlar Şurasında xidmət etdiyini xatırladıb. 

“Bilirəm ki, ukraynalılar özlərindən olanı yarı yolda qoymurlar və mən sizə ümid edirəm", - Saakaşvili noyabrın 13-də "Facebook" səhifəsində ictimailəşdirilən məktubunda bildirib.

Saakaşvili “Ukrayna xalqının qəhrəman mübarizəsinə heyranlığını, onun bir hissəsi olmaqdan şərəf hissi keçirdiyini” ifadə edib və eyni zamanda Zelenskiyə şəxsən “bu ən çətin zamanda göstərdiyi fenomenal liderlik üçün dərin təşəkkürünü” bildirib.

Keçmiş prezident üç il Tbilisidə klinikada saxlanılandan sonra noyabrın 12-də həbsxanaya köçürülüb. 

Ukrayna hökuməti 2023-cü ildə Saakaşvilinin ekstradisiya olunması üçün Gürcüstana müraciət edib. 

2012-ci ildən hakimiyyətdə olan "Gürcü Arzusu" partiyasının dövründə Saakaşviliyə qarşı ümumilikdə altı cinayət işi açılıb. Ona qarşı ittihamlar arasında səlahiyyətdən sui-istifadə və dövlət vəsaitlərini mənimsəmə var. 

Haqqında qiyabi hökmlər çıxarılan Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana gizli qayıdışından sonra saxlanılıb. O vaxtdan bəri bir neçə dəfə aclıq aksiyası keçirib və bu da onun Tbilisidə xəstəxanaya köçürülməsinə səbəb olub. 

Ona qarşı ittihamlardan biri qayıdışı zamanı sərhədi qanunsuz keçmək idi. Saakaşvili bu ittiham üzrə bu ilin martında məhkum edilib. Əvvəlki hökmləri ilə birlikdə onun həbs müddəti indi ən azı 2032-ci ilə qədər uzadılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo