Siyasət

Samir Şərifov Baş nazirin müavini oldu 

10 Yanvar, 2025
24

Maliyyə naziri Samir Şərifov tutduğu vəzifədən azad edilib. 

Prezident İlham Əliyevin imzaladığı sərəncamla o, Baş nazirin müavini təyin olunub.

63 yaşlı S.Şərifov 2006-cı ildən maliyyə naziri vəzifəsində çalışırdı. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Rüfət Səfərov: “Prezident Administrasiyasından mükafatdan imtina etməyim təklif olundu”

10 Yanvar 2025

Rüfət Səfərov/şəxsi arxiv

Hüquq müdafiəçisi Rüfət Səfərov ictimaiyyətə müraciətində deyir ki, həbs edilməsinin səbəbi ABŞ Dövlət Departamentinin mükafatından imtina etməməsidir. O, bununla bağlı Prezident Administrasiyasından atası vasitəsilə dəfələrlə xəbər göndərildiyini bildirir:   “2024-cü ilin avqust ayında məlum oldu ki, ABŞ Dövlət Departamenti tərəfindən “nüfuzlu hüquq müdafiəçisi” mükafatının qalibi olmağa əsas namizədəm. Bundan sonra mənə qarşı təhdidlər artmağa başladı. Dəfələrlə Prezident Administrasiyasından atam vasitəsilə mükafatdan publik qaydada imtina etməyim təklif edildi. Amma mən bunu edə bilməzdim, çünki bu, fəaliyyətimə verilən ən dəyərli qlobal qiymət idi. Məhz bu mükafat məsələsi siyasi hakimiyyəti qəzəbləndirdi və həbsimə qərar verildi”. R.Səfərov hələ hüquq müdafiəçisi kimi fəaliyyətə başladığı ilkin dövrdə...
Siyasət

Aİ Şurasının Prezidenti: “Təyyarə qəzasının araşdırılması ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyirik”

10 Yanvar 2025

Kollaj/ToplumTV

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycanın Prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətinin məlumatında deyilir ki, Antonio Koşta təyyarə qəzası ilə bağlı dövlət başçısına və Azərbaycan xalqına başsağlığını çatdırıb, eləcə də, Avropa İttifaqının bu qəzanın hərtərəfli araşdırılması ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. Telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.  Qeyd olunur ki, tərəflər təmasların davam etdirilməsini razılaşdırıblar.

Seçilmiş Videolar

Toplum TV loqo