Region

Aİ Ermənistandakı Mülki Missiyanın müddətinin uzadılmasını müzakirə edir 

10 Yanvar, 2025
531

Eeas.europe.eu

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi qurumun Ermənistandakı mülki missiyasının müddətinin daha iki il uzadılmasını təklif edib.

Bu barədə Azadlıq Radiosuna qurumun mətbuat xidmətindən  bildirilib.

Məlumatda deyilir ki, Avropa İttifaqına üzv dövlətlər təklifi müsbət qarşılayıb və Avropa İttifaqı Şurası lazımi hüquqi aktları müzakirə edir. Şuranın bununla bağlı qərarı yaxın günlərdə verəcəyi gözlənilir.

Rəsmi Bakı Aİ-nin Ermənistandakı mülki missiyasını casusluqda və regional sabitliyə zərbə vurmaqda ittiham edir.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin Ofisi bu ittihamlara da münasibət bildirib: 

Avropa İttifaqının Ermənistandakı Missiyasının mandatı çox aydındır: Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində ərazidə müşahidə aparmaq, hesabat hazırlamaq və Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə səylərinə öz töhfəsini vermək. Monitorinq missiyası göndərildikdən sonra sərhədyanı ərazilərdə silahlı insidentlərin sayı xeyli azalıb. Məlum olduğu kimi, Aİ Missiyanın fəaliyyəti barədə mütəmadi olaraq Azərbaycanı məlumatlandırır”.

Bu həftə yerli telekanallara müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistandakı missiyanı yenidən tənqid edib: 

"Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər", – İ.Əliyev bildirib.

Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan isə hesab edir ki, Ermənistanın delimitasiya edilmiş sərhədi olmadıqca ölkəsinin Aİ-nin Mülki Missiyasına ehtiyacı var. 

Bu missiya Ermənistan hökumətinin rəsmi müraciətinə əsasən yaradılıb və 2023-cü il fevralın 20-də fəaliyyətə başlayıb.

2023-ü ildə yaradılmış Missiyanın  mandatı bu il tamam olur. Missiya heyətinə Aİ-yə üzv 23 ölkədən və Kanadadan müşahidəçilər və mülki ekspertlər daxildir.
Mülki Missiya Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfində yerləşdirilib, onun bir neçə səhədyanı bölgədə əməliyyat ofisləri var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Region

Rusiya Azərbaycana nota verib 

1 İyul 2025

Foto: report.az

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və Bakının “qeyri-dost hərəkətinə görə” etiraz edilib.  Bu barədə Rusiya XİN məlumat yayıb.  Məlumatda bildirilir ki, Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin tərəfindən qəbul olunub.  Notada Rusiya tərəfi ötən gün Bakıda saxlanılan “Sputnik Azərbaycan”ın rusiyalı əməkdaşları İqor Kartavıx və Yevgeni Belusovun həbsdən azad edilməsinin zəruriliyini qeyd edib.  “Son günlərdə Yekaterinburqda Azərbaycan əsilli Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı vəziyyətə gəlincə, Rusiya hüquq-mühafizə orqanları tərəfindən əvvəlki illərdə Rusiya ərazisində, o cümlədən Azərbaycan vətəndaşlarına qarşı törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya qanunvericiliyinə uyğun olaraq istintaq hərəkətlərinin...
Region

Avropa İttifaqı Ermənistana 270 milyon avro ayıracaq 

1 İyul 2025

Foto: sosial media

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 30-da Yerevanda əməkdaşlıq sazişi imzalayıblar.  Kallasın birgə brifinqdə dediyinə görə, saziş iqtisadi inkişaf, təhlükəsizlik və dayanıqlılıq sahələrini əhatə edir və bu çərçivədə Ermənistana 2027-ci ilədək 270 milyon avroluq yardım ayrılması planlaşdırılır.  O bildirib ki, yardım bizneslərə dəstək göstərməyi, Ermənistanla Aİ arasında əlaqələri inkişaf etdirməyi və bu ölkədəki islahatlara töhfə verməyi hədəfləyir.  “Ermənistan və Aİ heç vaxt indiki qədər yaxın olmayıblar. Biz Ermənistanın Aİ ilə əlaqələri dərinləşdirmək siyasətini yüksək qiymətləndiririk”, - Kallas deyib.  “Bizim münasibətlərimiz iqtisadiyyatla məhdudlaşmır. Biz həm də,...

Seçilmiş Videolar

Toplum TV loqo