metro.gov.az
2030-cu ilə qədər Bakıda 10 yeni metro stansiyanın tikintisi tamamlanmalıdır.
Report xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, iki stansiyanın tikintisinin başa çatdırılması, bir stansiyanın təmir edilməsi və səkkiz yeni stansiyanın inşası planlaşdırılır.
Nazir müavini deyib ki, “Bənövşəyi xətt” üzrə 6, “Yaşıl xətt” üzrə isə 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur:
“Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq, Bakı metropoliteninin inkişafı çərçivəsində ‘Yaşıl xətt’in ‘Xətai-Həzi Aslanov-2’ seqmentində 4 stansiya, həmçinin ‘Dərnəgül’ elektrik deposunun tikintisi xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, ‘Bənövşəyi xətt’in inkişafı ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə sərnişin axınının daha səmərəli tənzimlənməsi və metropolitenin tranzit rolunun gücləndirilməsi hədəflənir”.
Nazir müavini 2025-2030-cu illərdə proqramın icrasına 4,202 milyard manat vəsait tələb olunduğunu açıqlayıb.
Nazir müavini hökumətin Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirdiyini də deyib.
"Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 may" metrostansiyasına qədər əhəmiyyətli ola bilər.
"Seabreeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər", - deyə o qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Sueddeutsche.de
Əməliyyat zamanı ad günü keçirilən xəstəxananın işçiləri cərimələnib - Səhiyyə Nazirliyi
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?