Siyasət

Rüfət Səfərov: “Prezident Administrasiyasından mükafatdan imtina etməyim təklif olundu”

10 Yanvar, 2025
63

Rüfət Səfərov/şəxsi arxiv

Hüquq müdafiəçisi Rüfət Səfərov ictimaiyyətə müraciətində deyir ki, həbs edilməsinin səbəbi ABŞ Dövlət Departamentinin mükafatından imtina etməməsidir. O, bununla bağlı Prezident Administrasiyasından atası vasitəsilə dəfələrlə xəbər göndərildiyini bildirir:  

“2024-cü ilin avqust ayında məlum oldu ki, ABŞ Dövlət Departamenti tərəfindən “nüfuzlu hüquq müdafiəçisi” mükafatının qalibi olmağa əsas namizədəm. Bundan sonra mənə qarşı təhdidlər artmağa başladı. Dəfələrlə Prezident Administrasiyasından atam vasitəsilə mükafatdan publik qaydada imtina etməyim təklif edildi. Amma mən bunu edə bilməzdim, çünki bu, fəaliyyətimə verilən ən dəyərli qlobal qiymət idi. Məhz bu mükafat məsələsi siyasi hakimiyyəti qəzəbləndirdi və həbsimə qərar verildi”.

R.Səfərov hələ hüquq müdafiəçisi kimi fəaliyyətə başladığı ilkin dövrdə təhdidlərlə üzləşdiyini bildirir. Onun dediyinə görə, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən dəvət edilərək fəaliyyətini dayandırmağı üçün təhdid olunub. 

“Lakin diplomatın elektrik şoku verildiyi, ictimai fəalın başına ifrazat edildiyi, gənc qadın araşdırmaçı jurnalistin şərlənərək həbs edildiyi ölkədəki hüquqsuzluğu və zorakılığı görərək susa bilməzdim. Buna görə də fəaliyyətimə davam etməyi qərara aldım”, hüquq müdafiəçisi qeyd edir.

R.Səfərov müraciətini “hüquqsuzluğa qarşı mübarizəmi davam etdirəcəyəm” deyə bitirir.

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb. 

O, ittihamı rədd edir, həbsini hüquq müdafiəçisi kimi göstərdiyi fəaliyyəti və ABŞ Dövlət Departamentinin mükafatına layiq görülməsi ilə izah edir. 

Ötən il Beynəlxalq İnsan Hüquqları Günündə ABŞ Dövlət Departamenti dünyada bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. 

Bu, onun ilk həbsi deyil. Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında ittiham edərək müstəntiq vəzifəsindən istefa verib. Az sonra o, rüşvət almaq ittihamı ilə həbs edilib və 9 il azadlıqdan məhrum edilib. R.Səfərov 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Samir Şərifov Baş nazirin müavini oldu 

10 Yanvar 2025
Maliyyə naziri Samir Şərifov tutduğu vəzifədən azad edilib.  Prezident İlham Əliyevin imzaladığı sərəncamla o, Baş nazirin müavini təyin olunub. 63 yaşlı S.Şərifov 2006-cı ildən maliyyə naziri vəzifəsində çalışırdı. 
Siyasət

Aİ Şurasının Prezidenti: “Təyyarə qəzasının araşdırılması ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyirik”

10 Yanvar 2025

Kollaj/ToplumTV

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycanın Prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətinin məlumatında deyilir ki, Antonio Koşta təyyarə qəzası ilə bağlı dövlət başçısına və Azərbaycan xalqına başsağlığını çatdırıb, eləcə də, Avropa İttifaqının bu qəzanın hərtərəfli araşdırılması ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. Telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.  Qeyd olunur ki, tərəflər təmasların davam etdirilməsini razılaşdırıblar.

Seçilmiş Videolar

Toplum TV loqo